BURA / ORA
Fransada güclü zəlzələ olub Tarix : 11 Noyabr 2019, 16:58


Fransanın cənub-şərqindəki Montelimar şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib. 

Zəlzələnin Lyon, Montpelliar, Saint-Etienne, Grenoble, Avignon və Marsilya şəhərlərində də hiss edildiyi bildirilib. Teil adlı qəsəbədə də hiss edilən zəlzələdə 3 nəfər yaralanıb.

Açıqlamada Teildə bəzi binaların zədələndiyi deyilir. Bölgə sakinlərinə edilən müraciətdə evlərini tərk etmələri və keçici sığınacaq mərkəzlərinə getmələri deyilib.

 

qadinkimi.com