BURA / ORA
Eşqi üzündən ömrünün 30 ilini dəlixanada keçirən qadın heykəltəraş Tarix : 22 Aprel 2019, 19:08
Yazar : Qadinkimi.com
Eşqin bəzən bir insanı addım-addım necə fəlakətə sürüklədiyinin canlı tarixi ilə sizləri tanış edəcəyik...

Musavat.com sizə fransız heykətəraş Kamilla Klodel haqqında maraqlı məlumatları təqdim edir.

Uşaqlıqdan palçıqla oynamağı sevən Kamilla Klodel 19-cu əsrin sonlarında ailəsindən icazə alaraq o dönəmin məşhur sənətkarı olan Alfred Bauçerdən dərs almağa başlayır. O dönəmdə qadınların böyük sənət akademiyalarında dərs alması qadağan idi. Buna görə də sənətə həvəsi olan qızlar böyük sənətkarların emalatxanasında gizlin dərs alırdılar. Bacarığını elə ilk günlərdən göstərən Kamilla Klodel o dönəmin bir çox sənətkarlarının diqqətini çəkməyə başlamışdı. Bu sənətçilərdən biri də Ögüst Roden idi.
 

 
Ogüst Roden
 
Roden sonrakı illərdə Kamillanın başına xoşagəlməz bəlalar açıb. Kamillanın həm müəllimi, həm sevgilisi, həm də rəqibi olan Roden onu qısqanmağa başlayıb. Sənətdə ondan irəli gedən sevgilisini həzm edə bilməyən müəllim onun yollarını kəsib. İddialara görə məşhur "Cəhənnəmin qapıları” adlı əsəri də Kamilla Klodel yaradıb. Lakin bu əsəri Ögüst Roden öz adına çıxarıb. Başqa bir qadın ilə evli olan Roden bir yandan da tələbəsi Kamilla ilə sevgili idi. Əsərləri sevgilisi tərəfindən mənimsənilən gənc qadın münasibətdə olduqları dövrdə ondan hamilə qalıb. Lakin keçirdiyi yüngül bir qəza zamanı ana bətnində övladını itirib. Yaşadığı travmalar onun üçün sonun başlanğıcı olub. Övladını itirdikdən sonra müəllimi Rodenin ona olan münasibəti ortaya çıxmışdı. Olanlar az imiş kimi, buna görə ailəsi onu rədd edib. Bütün bu çətinliklərə baxmayaraq o sevgilisi ilə yola davam etmək istəsə də, o da Kamillanı yarı yolda qoyub. Yaşadığı bu çətinliklərin ardından Kamilla "İtmiş Tanrı”,”Yetkinlik çağı”, "Çərənçi qadınlar” əsərlərini yaradıb. Sevgilisindən ayrıldıqdan sonra ərsəyə gətirdiyi əsərlər daha çox məşhurlaşıb, Kamilla daha çox tanınmağa başlayıb. Bir neçə il sonra atasının ölüm xəbərini alan Kamilla get-gedə təkliklə üz-üzə qaldığının fərqinə varıb. 1906-cı ildə keçirdiyi əsəb sarsıntısı üzündən bir çox əsərini parçalayıb.
 
 
Kamilla bir müddət bu cür davam etdikdən sonra ailəsi və Roden tərəfindən dəlixanaya yerləşdirildi. Bəzi iddialar görə isə onu dəlixanaya başqa bir səbəblə sevgilisi Roden atıb. Kamillann Rodendən daha bacarıqlı olduğu üçün bunu etdiyi iddia edilir. Kamillaya xəstəxanda belə heykəl hazırlamağa icazə verilmirdi.
 
 
Xəstəxanadan gizli şəkildə qardaşına məktub yazan Kamilla bütün bunların Rodenin oyunu olduğunu deyib. Evə dönmək istədiyini deyən, ağlının yerində olduğunu bildirən Kamillaya çox təəssüf ki, ailəsi belə inanmayıb. Oradan çıxmaq üçün çox çaba göstərə də, o bunu bacarmayıb. Fransız sənətçi 30 il dəlixanda yaşamağa məhkum olub. O elə dəlixanada da təkbaşına vəfat edib.
 



 
Turan Oruc
Mənbə: musavat.com