BURA / ORA
Enşteynin 1933-cü ildə Atatürkə yazdığı məktub Tarix : 29 Oktyabr 2019, 15:15
Yazar : Qadinkimi.com


"Ekselansları,

OSE Dünya Birliyinin fəxri başqanı olaraq, Almaniyadan 40 professor və doktorun elmi, tibbi araşdırmalarına Türkiyədə davam etməsinə icazə verməyinizi xahiş edirəm. Sözügedən şəxslər Almaniyada qüvvədə olan qaydalar ucbatından peşələrini icra edə bilmirlər. Əksəriyyəti təcrübə, bilgi və elmi ləyaqət sahibi olan bu şəxslər yeni bir ölkədə yaşadıqları təqdirdə son dərəcə faydalı ola biləcəklərini isbat etmək iqtidarındadırlar. Ekselanslarından ölkənizdə yerləşmələri və işlərinə davam etməkləri üçün icazənizi istədiyimiz təcrübə sahibi bu 40 mütəxəssis və seçkin araşdırmaçı birliyimizə daxil olan çoxsaylı müraciətlərin arasından seçilmişdir. Bu elm adamları bir il müddətində hökümətinizin təlimatlarıyla qurumlarınızın hər hansı birində ödənişsiz işləməyi arzu edirlər. Bu müraciətə dəstək vermək məqsədiylə hökümətiniz müraciətimizi qəbul edərsə, təkcə ən yüksək səviyyədə humanist bir addım atmış olmayacaq, cürət edib deməliyəm ki, bu, eyni zamanda sizin ölkənizə də fayda gətirəcək.

Ekselanslarının sadiq qulluqçusu olmaqdan şərəf duyan professor Albert Enşteyn."


Bayramın qutlu olsun, Türkiyə!




Yazdı: Qismət Rüstəmov

Qadinkimi.com