BURA / ORA, SƏNƏT
Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi açıqlanıb Tarix : 06 Oktyabr 2022, 15:06

Qadinkimi.com xəbər verir ki, Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatının qalibi fransız yazıçısı Anni Erno (ing. Annie Ernaux) olub.


82 yaşlı yazıçı "Özgələşmənin mənşəyini və şəxsi yaddaşın kollektiv məhdudiyyətlərinin müəyyənləşdirilməsində göstərdiyi cəsarət və klinik dəqiqliyə görə” bu mükafata layiq görülüb. 


"Xarici həyat", "İllər”, "Boş şkaflar" kimi əsərlərin müəllifidir. Bir çox ədəbi mükafatlar laureatı olan yazıçı 1974-cü ildə ona populyarlıq gətirən "Boş şkaflar" romanı ilə debüt edib.  "Bir qadının hekayəsi” kitabı isə Los Angeles Times Kitab Mükafatının qalibi olub. 2008-ci ildə rejissor Patrik-Mario Bernard Anni Ernonun kitabı əsasında "Özgə" filmini çəkib. 


Yazarın daha bir romanı əsasında çəkilən "Hadisə” (L’evenement) filmi (rejissor Odri Diva) ötən il Venesiya film festivalının əsas mükafatını qazanıb.


Qeyd edək ki, mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.


qadinkimi.com