YAZI / DÜŞÜNCƏ, SEVGİ
Sevinc Fədai yazır: Dünyanı sevin Tarix : 09 Mart 2021, 09:24
İnsanlar bəzən ağılsız, məntiqsiz və xudbin olurlar;
Yenə də onları sevin.
Yaxşılıq etdikdə, insanlar sizi göstəriş məqsədi ilə etməkdə günahlandırırlar;
Yenə yaxşılıq edin.
Müvəffəqiyyətli olduğunuz halda, saxta dostlar və gərçək düşmənlər qazana bilərsiniz;
Yenə də müvəffəqiyətli olun.
Bu gün etdiyiniz yaxşılıq səhər unudula bilər;
Yenə də yaxşılıq edin.
İnsanları sevin.
Dürüstlük və şəffaflıq sizi incidə bilər;
Yenə də dürüst və şəffaf olun.
Qurmaq üçün illərinizi xərclədiyiniz şey bir gecədə yerlə yeksan ola bilər;
Yenə də qurun.
Həqiqətən kömək etmək istədiyiniz kəslər köməyinizə kobud cavab verə bilər;
Yenə də kömək edən olun.
Dünyaya ən yaxşı şeyi verin, buna görə sizi incidə bilərlər;
Yenə də dünyaya ən yaxşı şeyi verin - ən gözəl duyğuları yaşadın, ən gözəl bildiklərinizi edin.
 

 

 
Sevinc Fədai
 
qadinkimi.com