BURA / ORA, UŞAQ / BÖYÜK
Doğum günü ilə tarixə düşən körpə Tarix : 06 Fevral 2020, 14:18
Yazar : Qadinkimi.com
2 və 0 – O, Çarli Rouz Mastersdir
 

 
Onun dünyaya gəlişindən 5 gün keçir. Müasir hesablamalara görə yer üzündə hər saniyədə iki körpə dünyaya gəlir. Balaca Çarlinin dünyaya gəlişində qəribə nə ola bilər?
  
Məsələ burasındadır ki, Çarli Rouz Masters 2 fevral saat 20.02-də anadan olub: 02.02.2020 ; saat 20.02. Körpənin anası Leyken Masters ilk doğuma qədər iki hamiləliyinin pozulduğu üçün zamana önəm vermədiyini, yalnız körpəsinin həyata gəlişini gözlədiyini söyləyir. "İki uğursuz hamiləlikdən sonra ancaq həftələri sayırdım, körpəmi itirməkdən çox qorxurdum” – deyir.
 
Doğum Kentukki ştatının Leksinton şəhərində Müqəddəs İosif xəstəxanasında baş tutub. Bu xoşbəxt anı isə Çarlinin nənəsi Didi Kalvert nəzərindən qaçırmayıb. O, doğumun 20 dəqiqə çəkdiyini və bu tarixin, bu rəqəmlərin uğur gətirəcəyinə inanır. Belə doğum tarixlərinə nadir təsadüf olunur. Belə bir tarix təxminən min il əvvəl olub: 1111-ci il 11 noyabr. Nənə körpənin doğum anında saatın şəklini çəkməyi də unutmayıb.
qadinkimi.com