SEKS
Bütün insanlar seksdən doğulur Tarix : 05 İyul 2019, 23:48
Yazar : Qadinkimi.com
Feminizmin yaradıcılarından biri Simona De Bovuar seksual azadlıq haqda deyirdi: Kimsənin azadlığınızdan istifadə edib sizi xərcləməsinə yol verməyin. Qadının azadlığı bəzən onun ziyanına da işləyir. Azad qadınları seks obyekti kimi istifadə etmək istəyirlər. Buna əsla aldanmayın. Seksual azadlığın olması kimlə gəldi yatmaq deyil. Bunu kişilərin " bəs sən azad qadın idin” təzyiqi və tənəsi altında etmək heç deyil. Uymayın, yalandı. Qəlbinizi dinləyin. O nə etməli olduğunuzu deyəcək. Bu o demək deyil ki, sekslə məşğul olmaq ayıb işdi. Əsla. Elmdə belə bir qadağa yoxdu. Əksinə, seks insanın bioloji tələbatları sırasındadı. Normal seksual həyatı olmayan insanlar əsəbi, gərgin olurlar. İstənilən insan öz seksual həyatında özgürdü. Kimsənin onun özəlinə qarışmaq haqqı yoxdu. Seks həyatı, özəl seçim ayıb şey deyil. Ayıb olan insanların bir-birinin qurşağından aşağısını güdməsidi. Çünki seks o qədər təbii hadisədi ki, hamının ata-anası bu işlə məşğul olur. Və bütün insanlar seksdən doğulur. Seks – nəsil artımı, sevgi ifadəsi, təbii istəkdi. Sadəcə, seksual obyekt kimi istismar olunmanıza imkan verməyin.
 

 
Qadinkimi.com