YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Bir az təcavüzdən-şiddətdən danışaq Tarix : 19 Aprel 2021, 00:35

Tutaq ki, gecə kimsəsiz bir küçədə getməli olmusuz.Bu zaman sizə hücum ediblər, ya təcavüz ediblər. Burda məsələ aydındır. Tanımadığınız vəhşi xarakterli adama rastlamısız təsadüfən.

Bir də seçdiyiniz bir adamlasız. Neçə illərdi birlikdəsiz, övladlarınızın atasıdır. Hər gecə sizi öz arzularına görə intim əlaqəyə zorlayır. Sərxoş olur, mənasız söhbətlərini dinləməyə məcbur edir. Necə olsun?

Bu münasibətlərdən yorulan, amma adının gizli qalmasını istəyən bir xanımdan aldığımız məktubu təqdim edirik:

Əslində aramızda sevgi olub. Amma onun qadın-kişi münasibətinə baxışı fərqlidir. Daim onu razı salmaq üçün yaşamaq, susmaq məni yorub artıq. Bu çür yaşama zorlandığımı hiss edirəm.

Əgər onun arzuladığı formada intim münasiəti istəmirəmsə, ümumiyyətlə həmin gecə buna həvəsim yoxdusa, onun sərxoş söhbətlərinə qulaq verməyə məcburammı? Bu nədir? Bu şiddətdirmi? Təcavüzdürmü?

Və bir də bilirsən ki, onun görüşdüyü başqa biri var, o ancaq özü istəyəndə səninlə cinsi münasibətdə olur.Sənsə artıq bunu istəmirsən. O səndə heç bir hiss oyatmır. Toxunuşu səni qıcıqlandırır. Bu nədir”?

Xanımın suallarına cavabımız birmənalıdır: bu şiddətdir, təcavüzdür. Bədəninizə, beyninizə, ürəyinizə-bütün həyatınıza şiddətdir.

İstəyiniz olmadan cinsi münasibətə zorlanmaq təcavüzdür. Kişinin sizin həyat yoldaşı olması belə ona bu haqq vermir.

Ər olmaq seks hökmranlığı deyil. Seks könüllü olmalıdır-hər iki tərəfin arzusu ilə.

Təəssüf ki bəzi kişilər heç bir duyğusal yanaşma – xoş sözlər, mehribanlıq göstərmədən yalnız cinsi münasibət tələb edirlər. Əgər qadın buna zorlanırsa, üstəlik döyülürsə, kobud rəftara məruz qalırsa, buna etiraz etmək üçün güclü olmalıdır.

Qadınların hamısının etiraz etmək, öz "mən”ini qorumaq iradəsi yoxdur.


Amma belə ailə-birgəlik deyil. Bu dözməkdir. Özünüzü alçalmış hiss edirsinizsə, ayrılmalısınız. Çox zaman qadınlar bir çox səbəb gətirirlər: özümü saxlaya blmərəm, qohumlar, dostlar, yəni ətraf nə deyər? Əgər uşaqlar varsa, məsələ bir az da çətin görünür.

"Ailəni dağıtmaq olmaz, dözmək lazımdır” – yanaşması qorxuya salır. Axı, heç kəs bağlı qapı arxasında - evdə nə baş verdiyini, qadının nələrə dözdüyünü bilmir? Bu heç kimsəyə maraqlı da deyil. Adətən qınayanlar məhz bu haqda heç düşünməyənlər, ya düşünə bilməyənlərdir.

Onlar sadəcə "Xaricən pis deyil, işləyir, pul qazanır, kişi necə olar ki”-deyə düşünürlər.

Münasibətlərdə olan gözləntiləri hamıyla bölüşmək olmur axı...Nə övlada, nə valideynə artıq anal seksə dözə bilmədiyini necə anladasan? Ona görə qadınların çoxu susur. Bəziləri kənardan - yaxınlarından, valideynlərindən dəstək görəndə ayrılır.

Güclü qadınlar da var. Belə həyat tərzinə dözməyən və belə ailəyə, belə kişiyə "yox” deyən qadınlarımız da var. Belə güclü qadınlara baxın. Əgər belə yaşayırsınızsa, dözməyin. Əgər təhsiliniz yoxdursa, inanın ki, istənilən peşəni öyrənə bilərsiniz. Qab yuyaraq qazandığınız pulla daha xoşbəxt olacağnıza İNANIN.

Siz kimsənin zorakalığına dözməyə məcbur deyilsiz. Kimsənin nə deyəcəyi haqda düşünməyin. Həyat sizindir. Heç kim sizin yaşadığınızı əvəzinizə yaşamayacaq.


İnsan kimi yaşayın.


Xoşbəxt olmaq üçün yaşayın!

 

 


qadinkimi.com