Bakıda azyaşlı qız itkin düşüb - FOTO Tarix : 05 İyun 2019, 17:08
Yazar : Qadinkimi.com


 
İtkin düşən Zəhra

Bakıda 3 yaşlı uşaq itkin düşüb.

Yaxınlarının "Report"a verdiyi məlumata görə, 3 yaşlı Bağırova Zəhra Rəsul qızı iyunun 4-ü, saat 14 radələrində yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşüb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Fotodakı uşağı görənlərdən 050 505 40 09 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.

Mənbə: report.az
qadinkimi.com/az