BURA / ORA
Bakıda “8 marş” yürüşü - saxlanılanlar var Tarix : 08 Mart 2020, 17:22
Yazar : Qadinkimi.com
Qadinkimi xəbər verir ki, bu gün Bakının mərkəzində saat 15:00-a təyin edilmiş "Bizimdir hürr küçələr” adlı feminist aksiya keçirilib. Aksiyada qadın zorakılığına, erkən nikahlara, qadın istismarına qarşı şüarlar səslənib. Qadın haqları uğruna yürüşə çıxan aksiyaçılar Azərbaycanın İstanbul konvensiyasına qoşulmasını və qadın zorakılığına qarşı mexanizmlərin tətbiqini tələb edirlər. 

Qeyd edək ki, iştirakçılar qadın zorakılığına son şüarı ilə bir neçə addım atdıqdan sonra polis təzyiqi ilə qarşılaşıblar. Onlara polis tərəfindən maneələr yaradılıb. Aksiyaçılar arasında saxlanılanlar var. Hara aparıldıqları hələlik məlum deyil. 
 
 



qadinkimi.com