FEMİNİZM, QADIN / KİŞİ
Azərbaycan kişisinin təfəkkürü bütün cəmiyyəti bədbəxt edib - Şəhriyar yazır Tarix : 14 Avqust 2022, 23:11



Bir evli "kişi" çıxıb gedib Rusiyaya, orda qoşulub bir Nataşaya, geridə buraxdığı ailəsini, uşağını tamam unudub. 

Arvadı da ərinin illərdi yoxa çıxdığını görüb ona ölüm kağızı çıxartdırıb.

Kişinin adına nə mal-mülk varsa, keçirdib ayağına, sonra da başqasına ərə gedib.


Kişi qocalanda, artıq Nataşaya lazım olmayanda dalından təpik vurub atıblar bayıra. O da 20 ildən sonra qayıdıb gəlib Azərbaycana, ailəsinin yanına.


Gəlib görüb ki, nə ailə var, nə ev-eşik.


Bəli, qadın düz edib.


Həmişə demişəm, Azərbaycan qadınları dünyanın ən zəhmətkeş, sadiq, ailəcanlı, qeyrətli qadınlarıdı.


Nəsildə, qonşuda, qohumda, ailədə nələr görmədik ki…


Azərbaycan kişiləri qadınlara gün verdilərmi? 


Bədbəxt etdilər qadınları. 


Diplomlu qadınları evə həbs etdilər, dalbadal 5-10 uşaq doğuzdurub qadınların bütün gəncliyini, həyatını əzab-əziyyətə düçar etdilər.


Özləri bütün günü bayırda istədiklərini edib, yaşayırlar, amma qadınlara olmaz.


Azərbaycan qadını nə sevgi gördü, nə qayğı gördü, əyləncə bilmədi nədir, istirahət bilmədi nədir.


Ərinin qabağında qulluqçusu kimi yaşadı getdi...


Azərbaycan kişisinin mental, daşlaşmış, qara təfəkkürü özünü də, bütün cəmiyyəti də bədbəxt edib.


Ona görə də, əziz xanımlar, qorxmayın, həyat yoldaşınız sizə qarşı nəsə çaşdısa, arxasından təpiyi vurub gedin.


Həyatda ayrılmaqdan, tək qalmaqdan qorxmayın! 


Şəhriyar Məhərrəmov

qadinkimi.com