BURA / ORA
Aysu Türkoğlu özünün və Türkiyənin adını tarixə yazdırdı Tarix : 31 İyul 2022, 18:16
Açıq suda üzgüçü Aysu Türkoğlu dünən günorta saatlarında İngiltərədən suya tullanaraq La Manş boğazını keçərək düz 16 saat 28 dəqiqə 39 saniyəyə Fransa sahillərinə çataraq rekord qırıb. 


Bodrumda yaşayan Ege Universiteti İdman Elmləri Fakültəsinin tələbəsi 21 yaşlı Aysu Türkoğlu dünyanın ən çətin kurslarından biri olan La Manş boğazını keçən ən gənc türk üzgüçü kimi özünün və Türkiyənin adını tarixə yazdırıb.

Heç vaxt ümidimi itirmədim


Aysu Türkoğlu açıqlamasında "16 saat mübarizə apardım və heç ümidimi itirmədim, hər yarış məni uğura daha da yaxınlaşdırdı. 42 kilometr məsafədə dalğalarla mübarizə apardım, bir qulac daha, bir nəfəs daha deyərək bitirdim, Türkiyəyə, ailəmə gətirəcəyim qüruru düşündüm, təslim olmadım və bacardım”.

"YEDDİ QİTƏNİN KANALLARI VƏ BOĞAZLARINI KEÇƏCƏM”


Açıq suda üzgüçülük yarışlarında Manş boğazını keçdikdən sonra yeddi qitədə təşkil edilən "Yeddi Okean” yarışmasında dünyanın bütün mühüm kanallarını və boğazlarını keçəcəyini bildirən Aysu Türkoğlu, "Bir gənc Atatürkçü olaraq uğurlarımı bütünlüklə ona borcluyam. Mən bu ölkəni və onun bizə qoyub getdiyi cümhuriyyəti əbədi olaraq qoruyub, onu ən yaxşı şəkildə təmsil edəcəyəm. Bunu gələcək nəsillərə çatdırmağı qarşıma məqsəd qoymuşam. Şərait nə qədər əlverişsiz olsa da, üzgüçülük idmanının daha geniş auditoriyaya yayılmasına, yeni bacarıqların formalaşmasına çalışacağam”.

qadinkimi.com