Qadın yalnız ailədə, daha dəqiq desək, ana olduqda ciddi qəbul edilir. Başqa halda qadının heç bir adı yoxdur…
Öncəki yazıda Osmanlının modernləşməsindən başlayaraq bu mövzuda 1950-ci illərə qədər gəlmişdik. Çox partiyalı dövrə keçidlə birlikdə analıq politikalarında bir fərqlilik yaşanır. 1952-ci ildə Səhiyyə Nazirliyinin tərkibində ana - uşaq sağlamlığı xidmətləri başladı. 1965-ci ildə isə hamiləliyin qarşısını alan vasitələrin satış və tanınmasını təmin edən qanun qüvvəyə minir. Yəni əsl məsələ yenə "dövlətin ayaqda qala bilməsi” olsa da, Analığın izahlarında mühafizəkar və İslami fikirlərə daha sıx yer verilsə də, Cumhuriyyət modern çəyirdək ailə təsəvvürü neoliberal dönüşə bənzər şəkildə davam edir.
Analıq qavramında əsl qırılma nöqtəsini 80 - ci illər sonrası görəcəyik. Özalın iqtidar illərindəki avtoriterlik - liberalizm - mühafizəkarlıq sintezli populist siyasətinin müsbət dəyərləndirilə biləcək tərəfi maternalist politikalardan irqçi, şovinist ünsürləri bir az da olsa geri plana atması ola bilər. Qadınların öz millətinə yaxşı xidmət etməsi üçün müasirləşmə yarışı Qərbə çatma şəklində bir irəliləmə olaraq izah edilir. Eyni zamanda bu illər Türkiyədə feminizm güclənir, qadına yönəlik şiddət, bakirəlik, təcavüz kimi mövzular gündəmə gəlir. Bu dövrdə qadın hərəkatı maraq dairəsində olan mövzular və təşkilatlanma formaları ilə çeşidlənir. Buna görə də analıqla bağlı qayğılar və hüquqlar da gündəmdə yer alır. "Şəxsi olan siyasidir” şüarı analığı siyasi bir məsələ olaraq vurğulayır. Qadınların uşaq baxımı başda olmaqla ev içindəki yükləri onların ev xaricində ödənişli işlərdə çalışmalarının önündə əngəldir. Xüsusilə şəhərli alt sinif analar üçün ev içi sosial təminat, əmək haqqı və sağlamlıq haqları baxımından problemli bir sahə halına çevrilir. Əldə olan araşdırmalara görə qadınlar ev işləri və uşaq baxımına kişilərin iş zamanının altı misli qədər vaxt sərf edir. Türkiyə Statistika Qurumunun 2014 – 2015 - ci il Zaman İstifadəsi Araşdırmasının nəticələrinə görə, qadınlar ev işi və uşaqların baxımına gündə ortalama 4 saat 17 dəqiqə ayırarkən, kişilər sadəcə 51 dəqiqə ayırmaqdadır… 2000 - ci illər və sonrasında Türkiyə üzərindən baxdığımızda iqtidarın qadının doğurqanlığı üzərinə apardığı politikalar islami, mühafizəkar və milliyətci bir izahla ön plana çıxır. Dünya İqtisadi Forumunun "Qlobal İctimai Cinsiyyət Uçurumu Hesabatı”na görə, təəssüf ki, Türkiyə ictimai cinsiyyət bərabərsizliyinin ən çox olduğu ölkələrdən biridir. AKP - nin 61-ci Hökümət dövründə ictimai cinsiyyət bərabərliyindəki asimmetriyanın artdığını, güclü bir ailə vurğusu ilə qadının analıq və həyat yoldaşı olma rollarının ön plana çıxdığını gördük. Məsələn, Qadından Məsul Dövlət Nazirliyinin adı Ailə və Sosial Politikalar Nazirliyinə çevrildi. Bu dəyişiklikdən mən bunu anlayıram: Hökumət qadını sadəcə ailə içinə yerləşdirdiyində ciddi qəbul edir. Başqa halda qadının heç bir adı yoxdur… Ailənin əhəmiyyətinin vurğulanması, evliliyə şirnikləndirmə və qadınların doğuma təşvik edilməsi qadını ənənəvi ötürücü - yenidən istehsaledici bir mövqeyə daşımaqdadır. Prezident Ərdoğanın "ən azı üç uşaq” fikri bu müzakirədə simvolik və artıq klişə olmuş bir örnək halına gəldi belə, AKP dövrünün Səhiyyə Naziri Müezzinoğlu "Anaların, analıq kariyerasının xaricində bir başqa kariyeranı mərkəzə almamaları lazımdır” ifadəsi qadını ana- yoldaş-bacı- qız olaraq görən anlayışın eynisidir. İqtidar qadını ancaq ana tərifi daşıyırsa, ciddi qəbul edir, yalnız ana kimliyi altında dövlət və qadın arasında bir bağ qurula bilməkdədir. Digər tərəfdən 2013-cü ildə Səhiyyədə abortun ödənişli səhiyyə xidməti olmaqdan çıxarılması, qadınları doğurqanlığa və ana olmağa təhrik etmək idi. İctimaiyyətin münasibətindən sonra Səhiyyə Nazirliyi abortu təkrar ödənişli səhiyyə xidmətlərinə daxil etdi. 2015 - ci il 23 mayda qüvvəyə minən Doğum Müavinətləri haqqında Qərar da həmin fikrin davamıdır. Ədliyyə Nazirliyi ilə Ailə və Sosial Siyasət Nazirliyinin ortaq inkişaf etdirdikləri "bir dəfə də ailə məsləhətçisindən soruş” tətbiqetməsi boşanmaq ərəfəsində olan cütlüklərə məsləhət vermək üçün həyata keçirilməyə başladı. Bu qərarla il ərzində təxminən 20 min evliliyin "xilası” nəzərdə tutulurdu. Bu siyasətlər xoşniyyətli görünsə də, qadını həyat yoldaşı və ana olmağa məhkum etməsi, onun subyektivliyini yox saymağa və məhdudlaşdırmağa yönəlməsi də gözdən qaçmamalıdır. Analığın militarizm, terror və s. əleyhinə mübarizəyə salınması yalnız bir seçim təbliğindən başqa yüksəlişə keçən mühafizəkar qadın haqları fikri ilə də parallel irəliləyir. Mühafizəkar bir analıq təsəvvürü və bu təsəvvürdən qidalanan yeni analıq normalarını təməl alan qanunlar qadınlığı analıq üzərindən bir siyasi mücadilə sahəsinə çevirməkdədir. "Bərabərlik” ifadəsi yerinə fərqlər və ya "qadın/kişi bir-birini tamamlayır” kimi ifadələrin ön plana çıxması və qadınlar üçün ən dəyərli karyeranın analıq olaraq elanı feminizmin "ana” (ing. maternal) siyasətlərini heç etməkdədir.
"Ana” siyasətlərinin arxa plana keçməsi olduqca qarışıq bir şəkildə ortaya atılan analıq ifadəsi ilə yan-yana irəliləyir. Populyar mədəniyyətdə, xüsusilə də sosial mediada yüksəlişə keçən yeni uşaq baxım təklifləri, yeni doğum etmiş baxımlı məşhur analar, uşaqlarını ən yaxşı və ən təbii şəkildə qidalandıran bloqqerlər və ya sosial media fenomenləri, çox satılanlar silsiləsindən geri qalmayan uşaq baxım məlumat kitabçaları, televiziya kanallarını fəth etmiş uzmanlar və üst siniflər arasında çox məşhur olan opting out (Uşaqlarınını baxımı üçün işdən çıxma) uşaq qidalanması praktikası ilə özünü göstərən bir analıq dalğasının varlığını hiss etməkdəyik. Analıqla bağlı ifadə bolluğunun neoliberal mühafizəkar siyasətlərlə birlikdə varlığı ailəni mühafizəkarlaşdırmağa yönəlmiş yeni bir analıq ideologiyasının qurulmaqda olduğunu düşünməyə əsas verir.
Yazdı: Ceylan Akgün
Çevirdi: Xumar Hüseynova
Mənbə: gazeteduvar.com.tr
Qadinkimi.com