BURA / ORA
Dünyanı silkələyən faciə: Çayla ABŞ-a keçən immiqrant ata və qız boğulub Tarix : 27 İyun 2019, 01:12

Bütün dünyanı sarsıdan foto Rio-Qrande çayında ölü tapılan ata və qızın fotosudu. Bu hadisə ABŞ-ı bir-birinə vurub. 

Fotoqraf Culiya Le Dyuk Meksika ilə ABŞ sərhədində çayı keçərkən boğulub ölən Alberto Martonezi və kiçik Enji Valeriyanın şəklini çəkib. Bu şok yaradan şəkil bütün dünyaya immiqrantların Amerikaya düşmək üçün necə təhlükəli yoldan keçdiyini bir daha xatırladıb. 

Ata və qız bazar günü Rio-Qrandedə boğulub. Onlar Meksikadan Texasa keçmək istəyiblər. Amerika tərəfə çatdıqdan sonra ata qızını qoyub arvadının dalınca qayıtmaq istəyib. Uşaq atasının geri üzdüyünü gördükdə onun arxasınca suya atılıb. Oskar Alberto qızının suya atıldığını görərkən onu çıxarmağa çalışıb. Uşağa çatdığı anda güclü su axını ikisini də batırıb. 

"Mən uzun illər kriminal müxbir olmuşam, boğulanları görmüşəm. Rio-Qrande çox güclü çaydı. Elə düşünməyin ki, kiçik bir çaydı. Yox, bu çayın su axını çox güclüdü”, – Culiya açıqlayıb. 

"Ailə Meksikanın Matamoros şəhərində immiqranlar üçün düşərgədə yaşayıb. Onlar ümid edirdilər ki, ABŞ-da siyasi sığınacaq ala biləcəklər. Bunun üçün ərizə yazmağı planlaşdırırdılar", - La Jornada qəzetinin işçiləri bu faciəni yaşayan ailə haqda məlumat veriblər. 

Prezident Tramp immiqrantların qarşılaşdığı təhlükəyə görə demokratları qınayıb. "Onlar deyirdilər ki, sərhəddə heç bir təhlükə yoxdur, yazılanları təkzib edirdilər. İndi mənim haqlı olduğumu etiraf edirlər. Amma onlar nəsə etməlidilər", - Donald Tramp twitter hesabında yazıb.

qadinkimi.com