YAZI / DÜŞÜNCƏ, KİŞİ KİMİ
Həyatın yeni çağırışlarına, dəyişikliklərinə cavab ver Tarix : 16 Fevral 2021, 09:35
Qartal 40 yaşını tamamladıqda onun caynaqları həddindən artıq uzun və elastik olur. Bu səbəbdən də o öz qurbanını tuta bilmir. Dimdiyi isə çox uzun və əyri vəziyyətə düşdüyündən o heç nə yeyə bilmir. Qanad və sinəsindəki tüklərin ağırlaşması ona uçmağa mane olur. Belə olduqda qartal seçim qarşısında qalır: o ya ölümü, ya da 150 gün çəkən uzun və xəstəlikli dəyişmə dövrünü gözləməlidir…
 May be an image of quş və açıq Havada
O dağın zirvəsində yerləşən yuvasına uçur və dimdiyi qopub düşənə qədər onunla qayaya vurmağa başlayır. Sonra isə yeni dimdiyinin bərpa olunmasını gözləyir. Yeni dimdik əmələ gəldikdə isə onunla köhnəlmiş caynaqlarını qaydaya salır, yenilənmiş caynaqlarla da sinəsində ağırlıq yaradan tükləri, lələkləri qopardır… Beləliklə 5 aylıq əzabdan sonra yeni dimdik, caynaq və əzəmətli görünüşü ilə qartal sanki yenidən dünyaya gəlir və bundan sonra hələ 30 il də yaşamaq şansı əldə edir.
Biz insanlar da həyatımızın bir mərhələsindən digərinə dəyişiklik olmadan keçə bilmərik. Bu dəyişikliklər ağrılı, narahat və ağır olacaq. Lakin onlara səbr etməklə nəticədə yeni mərhələ, yeni imkanlar və nəhayət yeni həyat başlayır.
 
Çətinlikdən qorxmayın. Yaşamaq üçün mübarizə aparmaq gərəkdir.
Həyatın yeni çağırışlarına, dəyişikliklərinə cavab ver.
 
Nəticələr sizi heyrətləndirəcək.
 
 
 
 
Zakir Osmanov