BURA / ORA
Zəminə Əliyeva nazirlikdə yüksək vəzifəyə təyin edildi Tarix : 05 Fevral 2019, 20:42
Yazar : Qadinkimi.com
O, əvvəl ANS və SPACE telekanallarında işləyib.

Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva işlədiyi qurumda yüksək vəzifəyə təyin edilib.

Faktı SalamNews-a təsdiq edən Zəminə Əliyeva bildirib ki, mətbuat katibi ilə yanaşı nazirin müşaviri vəzifəsini də icra edir.

Belə ki, Zəminə Əliyeva 2018-ci ilin iyun ayından energetika naziri Pərviz Şahbazovun müşaviri vəzifəsində çalışır.

Qeyd edək ki, Zəminə Əliyeva 2015-ci ildən Energetika Nazirliyininin mətbuat katibi vəzifəsində çalışır. Bundan əvvəl isə ANS və SPACE telekanallarında işləyib.


Mənbə: AzNews.az