YAZI / DÜŞÜNCƏ
Salvador Dali - böyük provokatorun 16 iddiası Tarix : 23 Avqust 2019, 10:12
Yazar : Qadinkimi.com
Qalmaqallı və qeyri-adi rəssam Salvador Dali öz sürrealist nəzəriyyəsini təkmilləşdirməklə yanaşı, ədəbi bacarıqlarını da daim itiləyirdi.

O, öz davranış və bədii strategiyasını izah edən bir sıra qısa aforizmlər yazıb. Gəlin sənət və həyat haqqında ən parlaq fikirləri ilə Salvador Dalini xatırlayaq:

1. Düzdür, rəsmlərimin nə anlama gəldiyini çox vaxt özüm də başa düşmürəm, lakin bu o demək deyil ki, onlar mənasızdı.

2. Sürrealizm dağıdıcıdır, lakin  yalnız o, dünyaya baxışımızı, anlayışımızı tutub saxlayan qandalları qırır.

3. Mükəmməllikdən qorxma: onsuz da heç vaxt ona çatmayacaqsan.

4. Qəribə deyiləm - sadəcə bir az normal deyiləm.

5. Bir dəli ilə mənim aramda yalnız bir fərq var. Dəli özünü ağıllı hesab edir. Mənsə, dəli olduğumdan əminəm.

6. Həyat diqqətdən kənarda qalmaq üçün çox qısadır.

7. Ətrafınızda daim qarışıqlıq və həyəcan yaratmalısınız, bu, yaradıcı enerjinizi dəstəkləyir. Əks olan nə varsa, həyat doğurur!

8. Şərəfi olmayan ağıl qanadsız quşa bərabərdir.

9. Hərdən mənə elə gəlir özündənrazılıqdan öləcəm.

10. Hər hansı bir səhv və ya təsadüf təbiətin müqəddəs bir əsəridir. Onları əsla düzəltməyə çalışmayın. Əksini edin: onları rasionallaşdırın, hərtərəfli
 
öyrənməyə və başa düşməyə çalışın. Bundan sonra onları yaradıcılığınıza sublimasiya edə bilərsiniz.

11. Hər bir insanın həyatında elə an gəlir ki, o, mənə pərəstiş etdiyini başa düşür

12. Əgər siz öz gələcəyinizlə bağlı hər şeyi əvvəlcədən başa düşürsünüzsə, ümumiyyətlə onun rəsmini çəkməsəz, daha yaxşı olar. 

13. Maraqlı olmaq üçün insana təhrik lazımdı. 

14. Mənə gündə yalnız iki saat çalışmağa icazə verin, qalan iyirmi ikisini xəyallarımdakı arzularla keçirəcəm.

15. Həqiqi sənətkar ən adi şeylərdən ən qeyri-adi ideyalar çıxara biləndir.

16Mən həmişə başqalarının görmədiklərini görürəm.
 
 
 
Qadinkimi.com