BURA / ORA
Məşhur fizik ölümündən əvvəl bəşəriyyətə belə xəbərdarlıq edib Tarix : 07 Aprel 2020, 18:16
Yazar : Qadinkimi.com
Dünyaca məşhur ingiltərəli astrofizik Stiven Hokinq vəfat etməzdən əvvəl tez-tez bəşəriyyətin gələcəyi ilə bağlı proqnozlarını açıqlayırdı. Məşhur alim, yad planetli varlıqlar ilə əlaqə qurmaq səylərinin bəşəriyyətin sonunu gətirə biləcəyini deyib. Elm insanı, eyni zamanda kosmosda səyahət edəcək qədər inkişaf etmiş bir sivilizasiyanın Dünyaya gəliş məqsədinin 'barışçıl' olmayacağını da vurğulamışdı.

"TEXNOLOGİYA İNSANLARI YOX EDƏCƏK"

2017-ci ilin noyabrında Wired jurnalına müsahibə verən Hokinq, inkişaf edən texnologiyanın insan övladının sonunu hazırladığını iddia etmişdi. "Texnologiya bir anda insanlardan üstün olacaq və insanları yox edəcək" deyə qeyd edir Stiven Hokinq.
 

"BAŞQA BİR PLANET TAPILMALIDIR"

Hokinq telekonfransla qatıldığı başqa bir tədbirdə, insanların fəlakətdən canını qurtarmaq üçün yaşam üçün uyğun olan başqa bir planet tapmalı olduğunu söyləyib. Həmçinin bildirib ki, dünyalılar yer üzündə varlıqlarını bir milyon il daha uzatmaq istəyirlərsə, cəsarət edib bundan əvvəl heç kimin getmədiyi yerlərə getməlidirlər.

"10 İL MÜDDƏTİNDƏ MARSA GETMƏK GƏRƏK"

Başqa bir açıqlamasında önümüzdəki 10 il müddətində Marsa getmək gərəkdiyini, 30 ildən sonra isə Ayda kosmik bir baza qurulmasının vacibliyini vurğulayaraq çağırış edib.

İNSANLIĞIN VƏ DÜNYANIN GƏLƏCƏYİNİ NECƏ GÖRÜRDÜ?

Stiven Hokinq dünya əhalisinin sürətlə artması və bununla yanaşı qaynaqların azalmasının əsas təhlükə olduğunu, məhz bu amillərin insan nəslinin tükənmə həddinə çatdırdığını deyirdi.  "Əgər insanlıq qalaktika içindəki tək ağıllı həyat formasıdırsa, həyatda qalmağımızı zəmanət altına almalıyıq" deyən alim,
"İnsan nəslinin uzun müddətli gələcəyi yalnız kosmosdadır." fikrini müdafiə edirdi. Hokinq  nüvə müharibəsi, genetik olaraq hazırlanmış viruslar, qlobal istiləşmə kimi təhlükələrin kifayət qədər ciddi qəbul edilmədiyindən şikayət edirdi.
 
 

 
qadinkimi.com