BURA / ORA
McDonald's işçiləri maaşla bağlı kütləvi aksiyalara başladı Tarix : 13 Noyabr 2019, 16:58
McDonald`sın Böyük Britaniyadakı işçiləri maaşla bağlı beynəlxalq etiraz gününə qoşulub.

İngiltərədə etiraz aksiyaları keçirilərkən Londonda olan 6 mağazada işlər dayandırılıb. ABŞ, Fransa, Almaniya, Braziliya və Çili də etirazlara qoşulub.
McDonald's rəsmisi İngiltərədəki etirazçıların işçi qüvvəsinin "kiçik qismi” olduğunu söyləyib. Eyni zamanda şirkət ABŞ-da cinsi təcavüz iddiaları ilə də qarşı-qarşıyadır. İddianı McDonald`s rəhbərliyi qəbul etmir.
İddia üzərində çalışan Time's Up Hüquqi Müdafiə Fondundan verilən məlumata görə son illərdə şirkətdə baş verən cinsi təcavüzlə bağlı 50 müraciət daxil olub.
Etiraz aksiyasında işçilər maaşlarıın artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. İngiltərədə McDonald`s işçiləri əmək haqqının bir saat üçün 15 funt sterlinq olmasını istəyirlər. Bu, onların indi aldıqları maaşın 3 mislidir.
29 yaşlı Beyker deyir: "Maaşın yetərsizliyinə görə gün-gündən artan vergiləri ödəmək bir çox işçi üçün çox çətindir. Konkret iş saatımız yoxdur, ona görə də həmişə lazımi qədər pul qazanmaq imkanımız da yoxdur. Bir saata 15 funt strelinq qazansaq, bu, vergilərin, kirayənin ödənməsinə və istirahətə getməyə imkan verə bilər". 
Bu, McDonalds-ın İngiltərədəki işçilərinin 2017-ci ilin sentyabr ayından bəri dördüncü etirazıdır. Etirazların miqyası hər il daha da böyüyür.
ABŞ-da da minlərlə insan maaşların azlığı ilə əlaqədar tətil aksiyaları keçirib. Bundan əlavə, çərşənbə axşamı Almaniyanın Berlin və Hamburq daxil olmaqla 5 şəhərində də etirazlar olub. Bu etirazlara İsraildəki etirazçılar da qoşulub. Gələn həftə Yeni Zelandiyada da aksiyaların olacağı gözlənilir.
 
qadinkimi.com