BURA / ORA
Kirə ödəmək istəməyən cütlük avtobusda yaşayır - FOTO Tarix : 09 Noyabr 2019, 18:40
İllərlə qazanclarının böyük bir qismini kirayəyə xərcləyən cütlük bundan bezərək qəribə bir addım atıblar. Köhnə bir məktəb servisini xəyallardakı evə çevirməyi bacarıblar.

ABŞ-da Vaşinqton yaxınlığında yaşayan və illərlə ev kirayəsi ödəməkdən bezən cütlük yaşadıqları mənzildən avtobusa köçüblər. Üç övladları olan Brian və Starla Sullivan istədikləri kimi yaşaya bilməməkdən şikayətlənirdilər. Buna görə də bir qərara gəlirlər. Bir köhnə məktəb servis avtobusunu alıb, onu evə çevirirlər.
 "Etdiyimiz çox gülməli görünür, amma həqiqətən çox işə yarayır” deyən 29 yaşlı Brian Sullivan ilə 26 yaşlı Star 2240 sterlinə köhnə bir servis avtobusu alıblar.
Artıq bir il sonra gənc cütlük özlərinə aid bir evə sahib olub. 

Sullivan cütlüyü 3 yaşlı Charlie, 2 yaşlı Henry və 3 aylıq Linkoln ilə birlikdə avtobusdan düzəldilmiş bu evdə yaşayır və əvvəlki həyatları ilə müqayisədə daha az xərcləri olduğunu deyir. Cütlük kirayə pulu ödəməkdən qurtulsa da, bir çox problemləri olduğunu da bildirir. 

Bəzən borular donur və suyun axımında problemlər yaranır.
Bundan əlavə, onlar özlərini bəzən bir qutunun içində yaşayırmış kimi hiss etsələr də, "uşaqlar evdən ayrılana qədər burda yaşaya bilərik” deyirlər.

Gənc cütlük gündəlik həyatlarını tez-tez sosial şəbəkələrdə də paylaşır. 
 
qadinkimi.com







qadinkimi.com