BURA / ORA
İsveçrədə Qadınlar Mitinq Edib Tarix : 15 İyun 2019, 11:11
Ölkə qadınları maaşların qeyri-bərabər olması ilə razılaşmırlar. Onlar eyni zamanda məişət zorakılığına və qadınların dövlət idarəçiliyində aşağı postlar tutmasına etiraz ediblər.  Lozannada yüzlərlə qadın Rippon meydanında mitinqə çıxıb.
"Qadın tətili" adlanan mitinqdə qadınlar fişənglər yandıraraq atəşfəşanlıq ediblər. Onlar  haqları təmin olunana qədər işə çıxmayacaqlarını bəyan ediblər. Bu tələblə yürüş edən "Qadın tətili" iştirakçılarının sayı getdikcə artıb.
Eyni zamanda Berndə, Sürixdə, Cenevrədə və başqa şəhərlərdə də qadın mitinqi olub. Bu aksiyalarda ayrı-ayrılıqda 30 min qadın Berndə, 15 minə yaxın qadın Cenevrədə iştirak edib. Etirazçıların geyimlərində feminizm simvolu olan bənövşəyi rəng yer alıb. 

qadinkimi.com