BURA / ORA
İranda müəllim və təqaüdçülər nəyə etiraz edir? Tarix : 24 Dekabr 2019, 13:27
Yazar : Qadinkimi.com
Kürdüstan bölgəsinin bəzi yerləri də daxil, Məşhəd, Şiraz, Buşehr və Sənəndəc şəhərlərində müəllimlər dərslərə getməkdən imtina ediblər, BBC News Farsca bildirir. Bazar ertəsi bir qrup təqaüdçü Tehranda keçirilən etiraz aksiyasına qatılıb.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Əlaqələndirmə Şurasının çağırışından sonra yer alan aksiyanın iştirakçıları təhsil sahəsinə yönəldilən vəsaitlərin artırılmasını, əməkhaqqının inflyasiya ilə uzlaşmasını tələb ediblər.


Müəllimlərin Şirazda tətili

Təşkilatçılar müəllimləri sinif otaqlarında, hökumət və parlament qarşısında oturaq etiraz aksiyasına çağırıblar.

Günaz.tv saytı bu gün Tehranda, bir qrup təqaüdçünün etiraz çıxışı barədə informasiya yayıb. Məlumata əsasən, Milli Məclisin binası qarşısında toplaşan aksiya iştirakçıları "təqaüdlərin mövcud bahalığa əsasən verilməsini və məhbus həyatı yaşayan fəalların azadlığını tələb edən plakatlar tutublar".
 

Məclis qarşısında toplaşan təqaüdçülərin aksiyası
 

İranlı təqaüdçülər illərdir ki, məvacib səviyyəsi baxımından "ayrıseçkiliyə" məruz qaldığını deyirlər.

Liberal dairələrin Mardom-Salari nəşri 19 dekabrda dərc etdiyi yazıda ölkədə pensiya böhranının yaşandığını bildirir.

2018-ci ildə ABŞ sanksiyalarının bərpasından sonra İran iqtisadi təzyiqlə üzləşməkdədir.

Noyabr ayında yanacağın bahalaşması etirazlara təkan verib. Aksiyalar daha kasıb bölgələrdə başlasa da, tezliklə ölkə boyu yayılıb.
 



Mənbə: bbc.com
qadinkimi.com