FEMİNİZM
İnqilab Etmiş 10 Feminist Kitab Tarix : 13 Noyabr 2019, 13:19

İnqilab Etmiş 10 Feminist Kitab 


1.The Golden Notebook, Doris Lessing (Qızıl dəftər)

Ədəbiyyat üzrə nobel mükafatına layiq görülmüş əsər boşanmış və azyaşlı övladı ilə yaşayan Anna Wulf adlı gənc yazarın həyatından bəhs edir. O, uzun müddətdir heç nə yaza bilmir və buna görə də ümidsizliyə qapılır. Bu ümidsizliyin sonunda dəli olacağından qorxur və yaşadıqlarını fərqli rəngli dörd dəftərə yazmağa başlayır. Sonradan bir dəftər də yazmalı olur: onun yenidən həyata bağlanmasından bəhs edən Qızıl dəftəri. 

2.Women, Culture, and Politics, Angela Y. Davis (Qadın, mədəniyyət və siyasət)

Veteran siyasi fəal Devisin vacib çıxış və esselər toplusu olan bu əsər 20-ci əsrin sonlarında cinsiyyətçilik, irqçilik və iqtisadi bərabərlik ətrafında gedən söhbətlərdən bəhs edir. Dövrümüzün vacib feminist əsərləri arasında yer alır.

3.The Second Sex, Simone de Beauvoir (İkinci cins)

Əsər 1949-cu ildə ilk dəfə yayımlandığı zaman o qədər maraqla qarşılanır ki, 97 dəfə nəşr olunaraq rekorda imza atır. Bu günə qədər davam edən "qadın anlayışı” bu əsərlə alt-üst olur. Yazıçılar, siyasətçilər və oxucular arasında ciddi müzakirələrə səbəb olur. Bu əsərlə modernist feminizmin əsası qoyulur. 

4.The Handmaid’s Tale, Margaret Atwood (Xadimənin hekayəsi)

Buker mükafatçısı Marqaret Etvudun romanı qərbi Berlin və Alabamada 1980-ci illərin ortalarında qələmə alınıb. Əsərdə qadınları "doğanlığına” görə siniflərə ayıran və abortun "cinayət” hesab edildiyi bir cəmiyyətdən bəhs olunur. Yazıçı gələcəkdə qadın rolunun daha pis olacağını və kişilərin köləsi halına gələcəyini anti-utopik bir yanaşma ilə qələmə alıb. Əsər əsasında eyniadlı serial çəkilib. Serial izləyicilər arasında çox populyarlıq qazandığı üçün davamını çəkmək qərarı alınıb. 

Foto: Margaret Atwood

5.The Feminine Mystique, Betty Friedan (Qadınlıq mistikası) 

Friedanın 1963-cü ildə yazdığı bu kitab ikinci feminizm dalğasının mükəmməl təsvirini verib. "Bütün dünyanın qadınları birləşin, elektrik süpürgənizdən başqa itirəcək bir şeyiniz yoxdur”. Bu çağırışla tozsoranı olan da, olmayan da başqa bir dünyanın varlığını hiss etdi. 

6.In Search of Our Mothers' Gardens, Alice Walker (Analarımızın bağçalarında axtarış)

Pulitzer mükafatı laureatı Alis Volkerin bu əsəri onun 20 illik esse, çıxış və fikirlərinin toplusudur. Burada həm şəxsi, həm də siyasi mövzulara toxunulub. 

7.The Vagina Monologues, Eve Ensler (Vagina monoloqları)

Əsər ilk dəfə 1996-cı ildə Brodveydə (Broadway) nümayiş olunur. Bu müzakirəli iş benəlxalq arenada qısa zamanda böyük marağa səbəb olur. Buna görə də feminizmlə bağlı dünyada ən çox oxunan kitablar sırasına düşür. Onun bu işi müxtəlif irq və dinə məxsus qadınların səsi hesab olunur.

Foto: Eve Ensler 
8.The Female Eunuch, Germaine Greer (Yevnux (xədim edilmiş) Qadın)

Əsər 1970-ci illərdə ilk dəfə kitab rəflərinə daxil olur. Çox səs-küyə səbəb olub. Yazıçı əsərində ənənəvi ailənin qadın zülmünün əsas səbəbi olduğu fikrini müdafiə edir. Eyni zamanda qadının cinsi azadlığının zəruriliyini də vurğulayır. 

9. This Bridge Called My Back - (Bu körpünün adı mənim kürəyimdi) redaktorlar Cherríe Moraga, Gloria E. Anzaldúa

Əsər qaradərili qadınlar tərəfindən yazılıb və antologiya adlandırılır. Çünki müxtəlif dəri rənginə sahib feminist qadınlar tərəfindən qələmə alınıb. Burada onların hər biri cinsiyyətinə, irqinə, sinfinə görə gördükləri münasibətlərdən danışır. Əsər 80-ci illərdə yazılsa da, mövzularının aktuallığı ilə bu gün də maraq dairəsindədir. 

 

10. The Bloody Chamber, Angela Carter (Qanlı palata)

1979-cu ildə nəşr olunan qısa hekayələrdən ibarət olan bu kitabda "Ölümcül kiçik qırmızı papaq”, "Vampirli yuxu gözəlləri”, "Heyvana çevrilən gözəl” kimi hekayələr var.

 

Qadinkimi.com