FEMİNİZM
Feministlər aksiya keçirib: Feminisidə son! Tarix : 30 May 2019, 13:30
Yazar : Qadinkimi.com
 
Pale-Royal sarayının önündə feministlərin aksiyası keçirilib. Feministlər ilin əvvəlindən Parisdə öldürülən qadınları yad ediblər. 

60-a yaxın feminist hərəkatının üzvü Luvr muzeyinin qarşısında yerləşən Pale-Royal sarayının önünə toplaşıb. İlin əvvəlindən öldürülən qadınları "sayğıyla anmaq" məqsədi daşıyan aksiya iştirakçıları Femen hərəkatının üzvləridi. 

Aktivistlər təxminən on dəqiqə Byuren sütunları üstündə açıq sinəylə dayanıblar. Onlar əvvəlcə susublar, daha sonra rəngli tüstü buraxan boruları tutaraq şüar səsləndiriblər:"Öldürülən qadınlar vətənin vecinə deyil", "Feminisidi dayandır!". Aktivistlərin bədənində Fransada öldürülən qadınların adları yazılıb . "İki gündən bir biz öldürülən qadınlar haqda eşidirik. Hələ də gözlənilən addım atılmır" - Femen hərəkatının rəhbəri ukraynalı İnna Şevçenko deyib.


qadinkimi.com

 
 

 
 
qadinkimi.com