SƏNƏT
Elçin Əlibəyli Prezidentə üz tutdu: "Xahiş edirəm, tarixi addım atın" Tarix : 14 Fevral 2019, 15:48

 

 

Tanınmış teleaparıcı Elçin Əlibəyli ölkə başçısından Azərbaycan Televiziya və Radio Akademiyası yaradılmasını xahiş edib. O, bu gün öz facebook hesabında bu barədə yazıb: 

"Bu gün Azərbaycanda ilk televiziya yayımının baş tutduğu gündür. Ömrümün 21 ilini bu işə həsr etmişəm, elmi işimi də bu mövzuda yerinə yetirmişəm. Məhz bu gün Cənab Prezidentdən xahiş edirəm, milli televiziyanın peşəkarlığının artırılması üçün Azərbaycan Televiziya və Radio Akademiyasının yaradılması üçün tarixi addım atsın. Bunun, bu günümüzə və sabahımıza olduqca gərəkli addım olduğunu ölkə başçımız tərəfindən dəyərləndirəcəyinə əminəm!” 

 

Qeyd edək ki, Azərbaycanda ilk televiziya verilişi  1956-cı il fevralın 14-də  efirə çıxıb.  Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradio şirkətləri yaranıb. Azərbaycan televiziyası radiodan 30 il sonra fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib. Tikinti yeri kimi Bakının ən hündür məkanlarından biri – Mehdi Hüseyn 1 adlanacaq ünvan seçilib. Telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.  


 


qadinkimi.az