BURA / ORA
Dünyada bir ilk: qadınlar və kişilər bir yerdə namaz qılacaq Tarix : 18 Fevral 2019, 19:30
Yazar : Qadinkimi.com
 
Fransada qadınlar və kişilərin birlikdə namaz qılması üçün "Liberal məscid”lərin açılmasına hazırlıqlara başlanıb. AzEuroNews.com xəbər verir ki, Fransa prezidenti Emanuel Makron keçən il "Fransa İslamı” planını həyata keçirəcəyini açıqlamışdı. Bu plana görə, Fransadakı bütün İslam dini ilə bağlı qurumlar dövlət tərəfindən müəyyən edilən yeni sistemə uyğunlaşacaqlar.

Artıq bu planla bağlı ilk addımlar atılmaqdadır. Fransanın müxtəlif şəhərlərində qadın və kişilərin birgə namaz qılması üçün yeni məscidlər tikiləcək.

Artıq Fransadakı dini qurumlar bununla bağlı yerli şəhər bələdiyyələrinə müraciət ediblər. Bələdiyyələrin boş topraq sahəsi ayırmasından sonra məscilərin inşasına başlanılacaq. Yeni projeyə görə, qadınlar məsciddə azan oxuya, məscidin imamı belə ola bilərlər.

Lamiyə Məmmədova 

Mənbə: AzEuroNews.com