BURA / ORA, SƏNƏT
Dünya şöhrətli müğənni Madonna "Eurovision-2019" mahnı müsabiqəsində çıxış edəcək. Tarix : 04 Fevral 2019, 19:47
Yazar : Qadinkimi.com
Əfsanəvi müğənni Madonna bu ilin Mayında İsraildə keçiriləcək olan 64 -cü "Eurovision" mahnı müsabiqəsində səhnəyə çıxır. 
İsrail xəbər saytı Ynetin bildirdiyinə görə əfsanəvi müğənninin Təl-Əvivdə səhnəyə çıxması üçün Kanadalı milyarder Sylvan Adams xüsusi maliyyə ayırıb. 
O bildirib ki, Madonna yarışmada iki mahnı səsləndirəcək və bunun üçün 1,5 milyon dollar qonorar alacaq. 
Sylvan Adams bunu da əlavə edib: "Madonna kimi bir müğənninin "Eurovision”da çıxış etməsi yarışmanın çox böyük səs-küy yaratmasına səbəb olacaq və İsraili ziyarət edən milyonlarla insanın xoş vaxt keçirməsinə imkan yaradacaq”.

 

qadinkimi.com