YAZI / DÜŞÜNCƏ
BİZDƏN TANRIYA XƏBƏR APAR... Tarix : 17 Dekabr 2019, 15:08
Yazar : Qadinkimi.com
Deyiblər ki: Hər şeyin yaxşı olacağını deyənlər, əlində ümiddən başqa heç nəyi olmayanlardır.
Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir.
Vücudumuzda ümidin harada yerləsdiyini də bilmirik. Əgər o bir nursa, bəlkə elə gözlərimizdədi?..
Vicdan, sevgi, mərhəmət və s.kimi nəsnələr də var ki, insanlar ürəkdə yerləşdiyini zənn edərlər.
Lakin ümid o nəsnələrdən fərqli. Çünki o bir gözləntidir.
Arzularının gerçəkləşməsini ümidlə gözləmək...
Uzaqlarda olan doğmanı ümidlə gözləmək...
Ağrı-acının bitəcəyini ümidlə gözləmək...
Sevirsənsə, sevdiyinə qovuşacağın günü ümidlə gözləmək...
Gözləmək...gözləmək...gözləmək...
Budurmu ÜMİD?..
Ümid əgər gözləntidən ibarətsənsə. niyə mənim içimdə sıxışıb qalmısan?..
Sən artıq bu gündən özgürsən.
Qanadların varsa, ruhumu da qanadlarına alıb göy üzünə apar.
Orası daha aydın, daha təmiz.
Bir az da insanlardan uzaq yaşa.
Ümid görünməyəni görür, duyulmayanı duyur və mümkün olmayanları edir.- demişlər.
Elə isə göylərə pərvazlan.
Bizdən Tanrıya xəbər apar.
Artıq insanlar yorulub de.
Onu görmək istədiyimizi de...
Bizi duysun , eşitsin de...
Yolunu gözləyəcəm.
Geri döndüyündə mənə Tanrının ölüm xəbərini gətirmə.
Axı sən Ümidsən...
 
 

 
Müəllif: Sevil Ülvi
qadinkimi.com