BURA / ORA
Angela Merkeldən 10 qayda: "Xalqın gözündə sadə olaraq qalmalıyıq" Tarix : 31 May 2019, 21:28
Yazar : Qadinkimi.com
 
Angela Kasner - Angela Merkel kimdir?  

1954-cü ildə Hamburqda doğulub. Daha sonra ailəsi ADR-ə köçüb. Uşaqlıqda gələcək kansler pioner təşkilatında, sonralar "komsomol" və Azad alman gəncliyi birliyində üzv olub. Karl Marks adına Leypsiq universitetində fizika ixtisasına yiyələnib. Elə orda da birinci həyat yoldaşı Ulrix Merkellə tanış olub. Siyasi arenaya Berlin divarları dağıdıldıqdan sonra çıxıb. 

Üstəlik, orda Kommunist partiyasının deyil, Xristian-Demokrat partiyasının təmsilçisi kimi görünüb. Qısa zamanda partiyasının dəstəyi və xalqın simpatiyası sayəsində yüksəlib. Artıq 1991-ci ildə Merkel Qadınlar və Gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994-də Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir olub. 

Başgicəlləndirici uğurları ara-sıra kəsilib. 1998-ci ildə Sosial-Demokratların namizədi kimi seçkini uduzub. 2000-ci ildə Xristian-Demokrat Birliyinin baş katibi seçilib. 2005 – ci ildə Almaniyanın ilk qadın kansleri olub. Baş katib olduğu vaxt Xristian-Demokrat Birliyində proqrama "insanlıq, hər kəsə ədalət, millətə və vətənə sevgi, bürokratiya ilə mübarizə" tezislərini salıb. İmicində və nitqindəki  möhkəmliyə görə vətənində Angelanı "teflon kansler" adlandırırlar. Azacıq dünya siyasəti ilə maraqlanan hər kəs Merkelin məşhur "evcik" əl jestini tanıyır. Dediyinə görə bu jesti özü tapıb ki, çıxış zamanı rahat olsun. Özəl həyatına gəldikdə, ikinci dəfə evlidir, ilk evlilik soyadını saxlayıb, uşağı yoxdu. Heç vaxt uşağa vaxtı olmadığını etiraf edib. Bütün dünya liderlərinin birmənalı şəkildə hesablaşdığı, bəşər tarixinin ən güclü siyasətçi və dövlətçilərindən biri Angela Merkelin 10 sitatını təqdim edirik: 

1. Dünya Avropanın önəmli problemləri həll etmək yerinə özünü bitirəcəyi günü gözləyə bilməz.

2. Almaniyada ideal alman yoxdu, necə ki, Rusiyada ideal rus yoxdu. 

3. Avropada heç kim unudulmayacaq. Heç kim istisna olmayacaq. Biz yalnız birlikdə işləsək, Avropa uğur qazanacaq. 

4. Öz partiyasının dəstəkləmədiyi insan (ölkəni) Almaniyanı doğru yola apara bilməz. 

5. Söhbət insan ləyaqətindən gedirsə, güzəşt edə bilmərik. 

6. Almanların dəyişə bilməyəcəyini söyləmək nonsensdir. 

7. Ömrünü siyasətə həsr edən şəxs bilir ki, varlanmaq əsas prioritet deyil. Əks halda ondan yaxşı siyasətçi çıxmaz. 

8. Əsas sual dəyişib dəyişməyəcəyimiz haqda deyil. Sual budu: Biz mümkün olduqca tez dəyişə bilərikmi? 

9. Biz cəmiyyətimizdəki hər insanın qayğısını çəkəcəyik. Bu bizim üçün əsas məsələdi. 

10. Biz siyasətçilər heç bir zaman ölkəmiz və onun vətəndaşları qarşısında öhdəliyimizi unuda bilmərik. Biz hər zaman xalqımızın gözündə sadə və gözütox olaraq qalmalıyıq. 
 


qadinkimi.com