BURA / ORA
100 YAŞLILARIN MƏSLƏHƏTLƏRİ ( IV-cü hissə) Tarix : 08 Yanvar 2020, 15:45
Yazar : Qadinkimi.com
102  yaşlı Aleksandr baba çox mehribandır. İnsanları sevir.Bizə də bunu tövsiyə edir:

81. Yuxunuza nəzarət edin. Sakit və rahat yatın.

82. Bekar qalmayın. Mən özümə xeyli məşğuliyyət tapmışam: Binqo oynayıram, əl işləriylə məşğul oluram. Yaşlılar üçün yoqa hərəkətləri, meditasiya edirəm. Endirimlər zamanı ən azı həftədə iki dəfə alış – verişə gedirəm.

83. Xoşxasiyyət olun. Sizi sevənlər çox olacaq. Mənim çox yaşamağımın əsas səbəblərindən biri tanıyanların məni sevməsidir.

84. Özümə heç nədə qadağa qoymuram. Hətta viski də içirəm.

85. Xoşniyyətli olun.

Meri Kuperin 101 yaşı var. Tez – tez müsahibələr verir. Son müsahibələrinin birində jurnalist xanımı avtomobillə gəzintiyə dəvət edib.

86. Çoxlarından fərqli olaraq mən içki içməmişəm, siqaret çəkməmişəm. Sadəcə heç nəyi yaxına buraxmamışam. Həmişə əsəblərimin qayğısına qalıram.

87. Stresslərdən uzaq olmağa çalışıram. Söyüş, dava - dalaş mənlik deyil. Kiminsə dalaşmağa meyl etdiyini görəndə uzaqlaşıram, pozitiv insanları sevirəm.

88.  Gülüş sağlamlığı qoruyur. Kədərə təslim olmayın. Şənliklərdə olun. Gülüşlə dost olun. 

89. Başqalarının işlərinə qarışmayın. Zərərli qidalardan uzaq olun.

90. Həyatınıza maraq qatmağa çalışın. Yaşamaq üçün silahlanın. Mən söz adamıyam. Xəyal gücüm var. Printerim, kompyüterim, fotoaparatım var. Onlar mənim dostlarımdır. Mən haqsızlıqla mübarizə aparıram. İnsanlara kömək edirəm.

91. Yaxşı qidalanın, yaxşı dostlar qazanın. Vaxtınızı boşa xərcləməyin.

92. Uğurlu həyat yoldaşı, rahat yatmaq çox əsasdır. Uğursuz birgəlikdən qaçın. Bu birgəliyin yükünü daşımayın.

93. Məsuliyyətdən qaçmayın. Mütləq məsuliyyət daşıyacağınız işlə məşğul olun. Məsuliyyətsizlik həyatı məqsədsiz edir. Məsuliyyət düşünməkdi, maraqdı, yaşamaqdı.

94. Zəhməti sevin.

95. Mədəni, səviyyəli, diqqətli olun. Başqalarının fikrinə hörmətlə yanaşın, amma kimsənin çaldığı ilə oynamayın.

96. Bu günün axarını tutun və bu günü yaşayın.

97. Hamı xoşbəxt olmağı arzulayır. Amma ən gözəli çətinliklə əldə olunur. Mən hər gün qara gavalı yeyirəm. Bu çox xeyirlidir. 

98. Etmək istədiyiniz işləri görün. Düşünməyin.

99. Sakitliyinizi qoruyun, yaşadığınız üçün xoşbəxtsiz. Olacaqların qarşısını almaq mümkün deyil. Sadəcə həyatın zövqlü tərəflərini görün. Yaşamaq gözəldir! Bunu unutmayın. 

 

Çevirdi: Kamalə Abiyeva
qadinkimi.com