UŞAQ / BÖYÜK
Öz dünyaya gətirdiyimdən üzr istəyəcəm? Tarix : 05 İyun 2022, 18:32

Mənim adım Nərmindir. Hazırda 40 yaşındayam. Təəssüf ki, "öz dünyaya gətirdiyimdən üzr istəməliyəm?" deyən bir ailədə böyümüşəm. 

Təxminən 7-8 yaşım olardı. Anamla bir qohumumuzu ziyarətə getmişdik. Ev sahibinin mənlə eyni yaşda bir oğlu var idi. Otaqda onunla birlikdə oynamağa başladıq.

Bir az oynadıqdan sonra Əhməd sıxıldı. Top oynamaq üçün çölə çıxdı. Mən isə, otaqda tək oynamağa davam etdim. Birdən "şaranqq” deyə möhkəm bir səs gəldi. Oynadığım otağa bir top girdi və pəncərənin şüşəsi sındı. Tez ayağa qalxdım. Top önümə düşdüyündən şaşqınlıq içində topu əlimə 
götürdüm. Elə bu vaxt anamla, ev sahibi qaçaraq içəri girdilər. Anam əlimdəki topu görüb elə bildi ki, şüşəni mən sındırmışam və bir anda məni döyməyə başladı. Hər nə qədər "mən eləmədim” desəm də, hirsindən heç nə eşitmirdi. Əhmədin 5 dəqiqə sonra evə gəlməsiylə məsələ hamıya aydın oldu, lakin mən çox pis döyülmüşdüm.


Anam hər şeyi anladıqdan sonra mənə yalnız bunu dedi: "Ay axmaq, de ki, pəncərəni sən sındırmamısan da! Boş yerə o qədər döyüldün.” Sonra yenidən içəri keçdi. Heç nə olmamış kimi söhbətinə qaldığı yerdən davam edib, çayını içdi. Ev sahibi isə bu duruma çox üzüldü və anama "Heç olmasa uşaqdan üzr istəyərdin” dedi. 


Anam isə "Öz dünyaya gətirdiyimdən üzr istəyəcəm?” deyib məni heç önəmsəmədi. Onsuz da heç vaxt məndən üzr istəməzdi..


 

Bilirsinizmi, mən həmişə uşaqlarımdan üzr istəyirəm. Çünki bilirəm ki, sınmış bir ürək o dəqiqə təmir edilməzsə, o ürək bir ömür qırıq olaraq qalır.


O qırğınlıqla ailənə düşmən olub, aylarla qapısını açmaq istəməyə bilərsən. İçində unuda bilmədiyin və heç cür sağalda bilmədiyin dərin yaraların olar. Ən əsası isə insan özünü çox dəyərsiz, işə yaramaz və gərəksiz hiss edir. Ürəyinin dərinliyində günü-gündən artan bir nifrət oyanar. Bir gün ana olduğumda anama daha çox hirsləndim.


Mən övladımın bir damla göz yaşına qıymazkən, anam bizi illərcə haqsız yerə döyərək bizdən heç vaxt üzr istəməzdi. Yazılarınızı oxuyanlara bunu da anladın, zəhmət olmasa. Döyülən, bir üzrxahlığın belə çox görüldüyü uşaqlar özlərini lazımsız bir əski parçası kimi hiss edərlər… Lütfən övladlarına qarşı bunu etməsinlər…! 

Çevirdi: Günel Deniz

qadinkimi.com