UŞAQ / BÖYÜK
Övladınıza viruslar barədə necə məlumat vermək lazımdır? Tarix : 04 May 2020, 18:35
Yazar : Qadinkimi.com
Məsələni övladınıza açmamışdan əvvəl mövzuyla bağlı dəqiq məlumatlara sahib olduğunuzdan əmin olun. Bir neçə həftədir ki, hamı əvvəlki adı "Karonavirus” olan COVID-19 virusu haqqında danışır. Uşaqlar böyüklərin həyatda nələrdən narahat olduqlarını və bu məsələlərin uşaqlarla necə əlaqədar olduğunu bilmələri olduqca əhəmiyyətlidir. Virus barədə biliklərinizə tam əmin olduqdan sonra siz:

1. Övladınızdan virus sözünü eşidib eşitmədiyini və ya viruslar barədə nələr bildiyini soruşun. Onların verdiyi cavablar sizi təəccübləndirə bilər, müəllimlərinin onlara verdiyi məlumatları nəzərə alın.

2. Dəqiqləşdirilmiş məlumatlarla qurşandıqdan sonra siz övladınızın dediyi məlumatlardakı boşluqları yavaş yavaş doldura bilərsiniz. Məsələn, virusların bizim görə bilmədiyimiz, lakin, bəzən öskürdükdə, asqırdıqda və ya xəstələndikdə hiss etdiyimiz varlıqlar olduğunu deyə bilərsiniz.

3. Övladınıza izah edə bilərsiniz ki, virusdan özünü qorumağın yollarından biri əllərini düzgün şəkildə yumaqdır.

4. Və o çalışmalıdır ki, öskürərkən üzünü dirsəyi ilə tutsun.

Onun başa düşdüyündən əmin olmaq üçün, asqırmağınız gələndə və ya boğazınızda qıcıqlanma hiss etdikdə dirsəyinizi burnunuza tutduğunuzu övladınıza göstərərək izah edin. Bunu bir oyun kimi edə bilərsiniz. Daha sonra övladınızdan ağız və burnunu dirsəyinin içinə doğru necə apara bildiyini göstərməyini xahiş edin.
 
 
Virusun necə ötürüldüyün izah etmək üçün faydalı olacaq bir neçə əyləncəli metod:

 
3 oyuncaq götürün (daha sonra təmizləmək asan olanlardan)

1 yemək qaşığı dolusu zər (mümkünsə, sintetik olmasın) və ya un

1 boşqab (zərin və ya unun rənginin əksinə olsun)

 

1. Boşqaba bir qaşıq dolusu zər qoyun.

2. Övladınıza zərə toxunmasını deyin. Zərin üstündə barmağı ilə müxtəlif fiqurlar yaxud hərflər çəkə bilər.

3. Sonra boşqabı kənara qoyun və övladınıza seçdiyini 3 oyuncaqla oynamasını xahiş edin.

4. Uşaq oyuncaqlarla oynayarkən zərin onun əllərindən oyuncaqlara keçdiyini övladınıza göstərin.

5. İndi isə övladınıza virusun da eynilə zərlər kimi cür yayıla bildiyini, lakin bizim viruslar kimi mikroorqanizmləri görə bilmədiyimizi deyin.

6. Zəri oyuncaqlardan necə təmizləyə biləcəyini övladınızdan soruşun. Zərləri əllərindən necə təmizləyə biləcəyini övladınızdan soruşun. Əgər onlar əlləri yumaq lazım olduğunu demirlərsə, bu zaman siz onlara deyin və əllərini və oyuncaqlarını lazımı qaydada necə yumalı olduqlarını göstərin.
 

Zəhmət olmazsa, nəzərə alın ki, əlləri effektiv şəkildə yumaq üçün adi sabun və axar su kifayətdir. Uşaqlar sabundan köpük düzəltməyi sevirlər. Onların əllərini 20-30 saniyə ərzində ovuşdurmaları üçün "Ad günün mübarək” yaxud digər hansısa sevimli mahnılarında birini ən az 20 saniyə oxumağınız tövsiyyə edilir. Barmaqların arasını, dırnaqları və əllərin hər iki tərəfini yumağı yaddan çıxarmayın!

 

Qaynaq:

https://www.cdc.gov/handwashing/when-how-handwashing.html

 
Müəllif haqqında:

Janin Laubner (Jeannine Laubner) "Kipinä” Uşaq Bağçaları və Məktəbəqədər Təhsil Müəssisələrinin akademik işlər üzrə direktorudur. Jeannine dördüncü nəsil müəllimimizdir və "Kipinä”da təhsil almış iki uşaq anasıdır. ABŞ, San Fransiskodan bizə qoşulan Jeannine 18 ildən artıq təcrübəsiylə təhsil sahəsində uğurlu liderdir. O, Pedaqogika üzrə Magistr, Psixologiya üzrə isə Bakalavr dərəcəsinə və "Mədəniyyətlərarası Dil və Akademik İnkişaf” üzrə sertifakata malikdir. "Kipinä” Zənginləşdirilmiş Finlandiya Kurikulumunun öyrətmə vasitələrini inkişaf etdirməkdən savayı o, təbiətin mühafizəsi, heyvanların rifahı üçün göstərilən təşəbbüsləri və "Girlscouts Overseas” tədbirlərini dəstəkləyir.
 

Mənbə: kipinakids.com
qadinkimi.com