UŞAQ / BÖYÜK
Uşaqlarınıza nə qədər çox sarılsanız o qədər çox ağıllı olarlar Araşdırma Tarix : 31 Oktyabr 2024, 18:00
Yazar : Qadinkimi.com
Əgər siz uşaqları qucaqlamağı sevirsinizsə - bu anları bir az da uzadın. Onlar bir gün bunun üçün sizə təşəkkür edəcəklər.
Son tədqiqatlara əsasən, bağlılığın forması kimi sarılmaq, uşağın inkişafı üçün çox əhəmiyyətlidir.
ABŞ-ın Ohayo ştatının Milli Uşaq Xəstəxanasında aparılan araşdırmada 125 uşaq iştirak edib. Onlar həm yarımçıq (vaxtından qabaq doğulmuş), həm də vaxtında doğulmuş uşaqlar olub.

Müəyyən edilib ki, uşağa qayğı və onu qucaqlamaq beyni gücləndirir və daha sürətli inkişafa kömək edir.
Öz uşağını sevmək  və onunla nəcib olmaq - bu təkcə insani davranış yox, həm də faydalı davranışdı.
Tədqiqatçı alim Dr. Natali Metr izah edir ki, bu sadə hərəkət körpənin beyninin yaxşı işləməsinə güclü təsir edir. 

Qucaqlaşma zamanı müsbət emosiyalara cavab verən oksitosin hormonu, çox kəskin şəkildə dəyişir və ana ilə uşaq arasında əlaqəni gücləndirməyə kömək edir.
Qucaqlaşmamaq isə bir uşağa mənfi təsir göstərə bilər, öz güvənini itirı bilər və digər insanlarla ünsiyyət qurmağı çətinləşər.
İşin mahiyyətinə baxıldıqda, hər dəfə əzizlərimizi qucaqladığımız zaman onlara bağlılığımızı göstərməklə yanaşı oksitosinini də artıraraq, ümumi ruh sağlılığını da möhkəmlədirik.

Uşaqlarınızı tez-tez qucaqlayırsızmı?
 

 


qadinkimi.com