Hər bir valideyn övladının xoşbəxt olması üçün yaşayır. Uşağı geyimlə, müxtəlif oyuncaqlarla, hətta ərzaqla təmin etmək kifayət deyil. Bunun üçün ilk növbədə uşağın fiziki sağlamlığına diqqət yetirmək lazımdır.
Hər birimiz kimi uşaq da sadəcə evdə olmur. O həm də ətrafla münasibətdə olur. İlk növbədə uşağın immun sistemi güclü olmalıdır. İndiki vəziyyətdə isə bu çox böyük əhəmiyyət kəsb edir. Onun gündəlik həyat tərzinə xüsusi nəzarət olmalıdır.
Uşaqların gündəlik həyat rejiminin dəyişməsi müəyyən çətinliklər yaradır. İndiki şəraitdə də əlavə məşğələlərə gedən məktəblilər var. Bu əlavə yorğunluq yaradır. Eyni zamanda uşaqlar gec yatır, gec oyanırlar. Yuxu rejimi pozulur. Bunlar isə imunitetin aşağı düşməsinə səbəb olur. Ona görə də uşağın gündəlik rejiminin təşkili çox önəmlidir və onun istirahətinə xüsusi diqqət yetirmək gərəkdir.
Onun asudə vaxtı olmalıdır. Açıq havada gəzməli, kifayət qədər , yəni ən azı 8
saat yatmalıdır.
Uşaqlarınızın idmanla məşğul olması da vacibdir. Bu təkcə bədənin düzgün
formalaşması üçün deyil, fiziki sağlam və güclü olmaq üçündür. Uşaqların yaşına,
istəyinə uyğun olaraq idman növünü seçə bilərsiz. Ən azı səhər idmanı ilə
məşğul olmağı unutmayın.