UŞAQ / BÖYÜK
Uşağa üzr istəməyi öyrətmək doğrudurmu? Tarix : 22 İyun 2019, 10:10
Uşaqlara üzr istətmək doğrudurmu?
Uşaqlara "üzr istəməyi öyrətmək" lazımdımı? 
Yox... Üzr istətmək etik deyil. Uşağı üzr istəməyə məcbur etmək yanlışdı. Bu, davranış qaydalarında qəbul olunmur.
Lakin uşağa üzr istəməyi öyrətmək önəmlidir. 
Zorla üzr istətməklə öz xoşu ilə üzr istəməyi öyrətmək fərqli şeylərdi.  
Üzr istəmək bacarığı ailcənablığı, kübarlığı göstərir. Üzr istəməyi bacarmayan uşaqlar böyüdükcə münasibətlərdə çətinlik yaşayır. Yeri gəldi, gəlmədi kobudluq və qürur nümayiş etdirir. 
İkisi arasında əsas fərq budur. 
Uşaq səhv etdiyi zaman ona "bunu etdiyin üçün üzr istəməlisən” demək, uşağı əzməkdi. Belə uşaqlar özündən güclü olanın qarşısında çarəsizliyi öyrənir, incik olur. Bunu adətə çevirsəniz, bir də görəcəksiniz ki, uşaq öz haqqını istəmədən hər şey qarşısında özünü günahkar bilir, hər şeylə razılaşır, daim bağışlanmağını istəyir. 
Məsələn, ayağı burxular, "üzr istəyirəm, ana" deyər.  
Su içərkən su üstünə dağılar, "üzr istəyirəm" deyər.
Bir də görərsiz ki, hər şeyin yerini səhv salan, kompleksli bir övlad yetişdirmisiz. 
Bir ananın-atanın vəzifəsi, uşağına üzr istətmək deyil, üzr istəməyi öyrətməkdir.
Bunu nə vaxt öyrətmək lazımdı?  4-5 yaşından etibarən öyrətmək mümkündür.
Necə öyrətmək? 
Səhv etdiyi hər hansı bir işi həmin vaxt deyil, daha sonra birgə vaxt keçirdiyiniz zaman ehtiyatla və bunun ziyanı ilə bağlı əlamətlər sadalamaqla izah edə bilərsiniz. Məsələn, atası ilə baş verən hadisədə, atasını incitdiyini izah edə bilərsiz. Yaxud dostu, bacı-qardaşı və s. 
Ondan sonra səhvini düzəltməyin ən yaxşı yolunun bunu təkrarlamağın, qəlbinə dəydiyi insanların könlünü almağın ən yaxşı yolunun onlardan üzr diləməyin olduğunu öyrədə bilərsiz. 
Əsas odur mahiyyəti bilsin. Nəyi və niyə etməli olduğunu özü öz razılığı ilə anlasın. 

qadinkimi.com