Ucqar bir kənd müəlliməsinin xatirəsi...
Tarix : 13 Noyabr 2019, 20:57 Bir gün müəllimlər otağında imtahan vərəqlərini yoxlayırdım. Bir tərəfdən də qız şagirdlərimin səhv cavablarını qiymət ala bilmələri üçün düzəldirdim. Müəllimlər otağına girən bir bəyin bu vəziyyət diqqətini çəkmişdi. Niyə məhz qız şagirdlərin imtahan cavablarını dəyişdirdiyimi soruşduğunda, cavabım bu oldu: "Əgər bu qızlar sinifdə qalsalar, ataları məktəbdən çıxardıb 12-13 yaşında evləndirəcək. Amma keçsələr, evlilik yaşları ən az 15-16-ya qədər uzanacaq. Həm də ən tənbəl şagird belə dərsdə mütləq bir şey öyrənir”.