BURA / ORA, FEMİNİZM, QADIN / KİŞİ, GENDER
Türkiyədə “Las Tesis” rəqsli etiraz həbslərə səbəb olub - VİDEO Tarix : 17 Dekabr 2019, 15:45
Yazar : Qadinkimi.com
Çilidə təcavüz, şiddət və qadın cinayətlərinə qarşı başlanan "Las Tesis” nümayişi yenidən İstanbulda qadınlar tərəfindən gerçəkləşdirilib. Bu dəfə Barbaros Hayrettinpaşa meydanında toplanan yüzlərlə qadın "Mənim bədənim, mənim qərarım” deyə mahnı söyləyərək rəqs edib. Nümayişdən sonra qadınlar "Bir insan daha aramızdan getməyəcək”, "Əsla tək deyilsən” sloqanları ilə yürüş ediblər. Yürüşdən sonra "Las Tesis” rəqsi ilə qadın cinayətlərinə etiraz edən qrup alqışlarla nümayişi bitirib. 



Sözügedən rəqs İzmirdə də izdihamla nümayiş olunub. Verilən xəbərlərə görə, nümayişdən sonra bir neçə qadın polis tərəfindən saxlanılıb.

Keçən həftələrdə İstanbul Kadıköy və Ankarada təşkil olunan nümayişlərə də polis müdaxilə etmiş, Daxili İşlər Naziri Süleyman Soylu isə mahnının sözlərini ("təcavüzçü sənsən, öldürən sənsən, polislər, hakimlər, dövlət və başqan") əsas gətirərək "bunun cinayət olduğunu” bildirmişdi. Daha sonra buna etiraz edən Türkiyə Böyük Millət Məclisində CHP-li qadın deputatlar "Las Tesis”i əllərini masaya vuraraq söyləmişdi.  
 


"Las Tesis” rəqsini Çilidə eyni adlı feminist qadın təşkilatı hazırlayıb və sürətlə bütün dünyaya yayılmağa davam edir.
 

qadinkimi.com