SEVGİ
Sevgi bir vətənlik yermiş qadın bədənində - Şəhriyar del Gerani Tarix : 07 Fevral 2019, 23:11
Yazar : Qadinkimi.com
Sevgi bir vətənlik yermiş
qadın bədənində.
Sevgisizlik ömrün qürbətiymiş əslində. 
Mənə qalsa,
yağışları küçələrdən
duaları hecalardan
qaranlığı gecələrdən ayırardım
sənin xatirinə...

Ağacın olsa idim, çoxdan qurumuşdum
ümidin olsa idim, çoxdan puç olmuş.
Axx... mən çoxdan yorulmuş, çoxdan yorulmuş!

Elə-elə mən oldum yağışına islanan, 
küləyinə üşüyən.
Elə-elə mən oldum asi düşən Allahına, tapınıb bəndəsinə.
İtin olsa idim, bircə özümə hürərdim, 
sənin bütün yadların mənəm deyəsən.

Sevgi bir məzarlıq yermiş
gəzdirərsən bədənində.
Hamı-hamı sənə gülər, 
Amma sən
əvvəl-axır dəfn edərsən
özünü lap əvvəlinə - ana bətninə...

Elə-elə mən oldum yağışına islanan, küləyinə üşüyən,
Elə-elə mən oldum asi düşən Allahına tapınıb bəndəsinə. 
Elə mən yorulmuş... Bu mən yorulmuş!

Şəhriyar del Gerani