SEVGİ, QADIN / KİŞİ
O sevən Kişidir Tarix : 02 Aprel 2021, 10:38

Qadınlar gözlə, sözlə sevir-çox vaxt belə olur. Amma hərəkət min xoş sözdən daha vacib göstəricidir.Qadınların ağır yük altında yaşamaları onların xoş sözlərə aldanmağının, ya bunlarla özlərini aldatmağının nəticəsidir. Əslində kişilər hisslərini ifadə etməyə çox da meylli deyil. Bəziləri bunu etmir, bəziləri bacarmır. Ancaq diqqətli qadın kişinin sevgisinin nə qədər möhkəm olduğunu hiss edə bilər.

İlk növbədə sevən biri çox diqqətli olur. Kişi istədiyi vaxt qadını ilə dərdləşə, bölüşə bilir və diqqət tələb edir. Siz də onunla söhbət edir, hansı bir problemi bölüşürsüz. Yəni təkcə siz onu dinləməli deyilsiz, o da sizi eşitməlidir. Köynəyinin ütülü olmadığını vurğulayıb, sizin hər hansı bir mövzudakı söhbətinizə diqqətsiz qalırsa, sizi yox, özünü sevir. Köynəyi özü ütüləyə bilər, problem deyil. Amma siz daha ciddi bir məsələdən danışa bilərsiz. O sizinlə bağlı, sizi narahat edən, sizə maraqlı olan bütün məsələlrə, mövzulara diqqətli olmalı, hətta bunları yadında saxlamalıdır.

 

 



Sizə güzəştə getmirsə, səhvlərini etiraf etmirsə, özünü həmişə haqlı sayırsa, sizdən üstün olduğunu düşünür demək. Onun sevgisinə inanmayın.

Sevən kişi hər an köməyə hazırdır. Ən kiçik məişət işlərində belə sizə kömək edəcək. Məsələn, su kranının xarab olduğunu, eletrik lampasını dəyişmək lazım olduğunu sözarası işarə etməniz yetərlidir. Sevən kişi bunlara laqeyd qalmır. Anındaca problemləri aradan qaldırır. Hətta bacarmadığı məsələlərdə belə onu həll etmək üçün mütləq bir vasitə tapır. Bu sizə olan münasibətin göstəricisidir. Məöşət problemlərini "bacarmıram”deyə yaxasını çəkən kişi sevə bilmir, ona rahat olduğu üçün sizinlədir.

Əgər evdə nəyinsə çatmadığı barədə özünüz düşünürsünüzsə, bu ciddi məsələdir. Yanındakı kişi sənə dəyər vermir deməkdir.


Sizi sevən kişi doğmalarınıza qarşı münasibəti ilə də seçiləcək. Bəzən qarşı tərəfin qohumları, yaxınları ilə münasibətdə olmaqdan narahatlıq duyanlar, onlara laqeyd olanlar da olur. Amma kişi sevirsə, o bu təmasdan çəkinməyəcək, özünü onlara sevdirəcək. Hətta "deyingən” nənənin belə xoşuna gəlməyə çalışacaq. Ata, ana və ya hansı bir yaxının hər hansı xoşuna gəlməyən sözünü, hərəkətini deyən, mübahisəyə səbəb yaradan adamın böyük duyğularına etibar etmə.

O sizin zövqünüzlə hesablaşır. Kişilər də yaraşıqlı görünmək, diqqət çəkmək istəyir. Sizin xoşunuza gəlmək istəyirsə, sizin zövqünüzlə hesablaşacaq. Bu həm də sizə olan münasibətin ifadəsidir. Deməli, bu yalnızca sevgi deyil, həm də sizə olan hörmətdir.

Bütün bu duyğuları yaşadan biri sizi sevir. O sevən Kişidir.

 

 

qadinkimi.com