Cinsiyyətçi - (seksist: cins ayrı-seçkiliyi) olmayan uşaq kitablarının siyahisi
Cinsiyyətçi olmayan uşaq kitabı tapmaq bir az çətindir. Baş rol əksər kitablarda kişi xarakterlərə aid olur, qadınlar isə ya mətbəxdə, ya da köməkçi rollarda təsvir edilir. Uşaqlar oxuduqları kitabların təsiri altına tez düşürlər. Buna görə də gender bərabərliyi baxımından aşağıdakı kriteriyalar kitab seçimində sizə yol göstərəcək:
·Kitablarda qəhrəmanların cinsiyyət fərqliliyinə diqqət etmək,
·Qız və ya oğlan uşaqları üçün hazırlanan, cinsiyyət ayrı-seçkiliyini möhkəmləndirən kitablardan uzaq durmaq,
·Nağılların mümkün olduğu qədər köhnə versiyalarını seçmək,
·Qız uşaqlarına şahzadə olmağı müsbət təqdim edən şablon kitablardan qaçmaq,
·Rol paylaşımında cinsiyyətçi qəlibləri təkrar etməyən kitablara üstünlük vermək,
Öncə haqlar;
Aşağıda verilən kitab seriyası stereotiplərdən kənara çıxır. Hər kəsin istədiyini etməyə haqqının olduğunu söyləyir. Qızlar top oynaya, oğlanlar ağlaya bilər. Eyni zamanda bu kitablar ana-ata əgər təkdirsə, istədiyi şəxsi sevə, istədiyi peşəni seçə biləcəyindən bəhs edir:
·Kız Çocuk Hakları Bildirgesi/ Qız uşağının hüquqları haqqında bəyannamə
·Erkek Çocuk Hakları Bildirgesi / Oğlan uşağının hüquqları haqqında bəyannamə
·Baba Hakları Bildirgesi / Atanın hüquqları haqqında bəyannamə
·Anne Hakları Bildirgesi/ Ananın hüquqları haqqında bəyannamə
Başrolda qızlar;
Yüz illərdir ki, yayımlanan nağıl və uşaq kitablarının sadəcə 3%-də baş rolda qadın və qız qəhrəmanlar yer alır. Bu səbəblə qız uşaqlarına baş rol verən kitablar kitab rəfində mütləq yer almalıdır.
·Haydut Kızı Ronja / Quldur qızı Ronja
·Pippi Uzun Çorap / Uzuncorab Pippi
·Mavi Kız - Uzun Yol / Mavi qız - uzun yol
·Kum kurdu / Qum qurdu
Rolların dəyişməsi; Şahzadələrin çox gözəl təsvir edildiyi və məqsədlərinin ancaq ağ atlı prins gözləməkdən ibarət olduğu göstərilən kitablardan sıxıldınızsa, rolları dəyişdirən bir neçə kitab:
·Kül Prensi/ Balaca şahzadə
·Prensesler Uslu Durmaz / Şahzadələr sakit durmaz, (Şahzadələr sözəbaxan olmaz)
·Pamuk Prenses ve 7 Kurbağa / Bəyaz şahzadə və 7 qurbağa
·İsyankar Cadı/ Üsyankar cadugər
·Damdaki İnek / Damdakı inək
Qızlar və oğlanların istədikləri kimi davrana bilmələri; Əksər kitablar qızların xanım-xatun, oğlanların isə centlmen kimi davranmalı olduğunu göstərir. Amma aşağıdakı kitablar istər qız, istərsə oğlan uşaqlarının istədikləri kimi davranma haqlarının olduğundan bəhs edir:
·Özgür / Azad
·Ak Kuzu Kara Kuzu / Ağ quzu, qara quzu
·Moris Micklewhite ve Turuncu Elbise / Moris Miklvayt və narıncı paltar
·Alev Saçlı Kız / Alov saçlı qız
·Mercan’ın Kırmızı Saçları/ Mərcanın qırmızı saçları
Başqa cür ailə də mümkündür; kitabların əksəriyyətində qadınların və kişilərin peşələrindən tutmuş evdəki mövqelərinə qədər cinsiyyətçi şəkildə vəzifə paylaşımı yer alır. Bu vəzifə paylaşımlarını dəyişdirən kitablarda bəzən yalnız bir ana, bəzən də şer yazan ata qarşımıza çıxır:
·Benim Annem Başka / Mənim anam başqadı
·Annem Uzaya Gidiyor /Anam kosmosa gedir
·Eyvah Babam Şiir Yazıyor /Vay, atam şer yazır
·10 cocuklu Bir Baba / 10 uşaqlı bir ata
·Ejderhalar – Baba – Oğul /Əjdəhalar - ata - oğul
·Babam Yanımdayken / Atam yanımdaykən
·En güzel benim evim / Ən gözəl mənim evim
·Vesta Linea – Büyülü Fener / Vesta Linea – Sehrli fənər
·Canavar Annem / Canavar anam
Cinsi təhsil; Uşağın ehtiyac hiss etdiyi anda ehtiyac duyduğu məlumatı əldə etməsi çox önəmlidir. Bunun üçün nəzərdə tutulmuş və yaş kateqoriyalarına görə cinsi təhsil kitabları:
·Veli Nereye Gitti (+5) / Vəli hara getdi
·Bedenim Bana Ait (+5) / Bədənim mənə aiddir
·Ben Nasıl Ben Oldum – Dinazor Çocuk (+8) / Mən necə mən oldum – Dinozavr uşaq
·Bebekler Nereden Gelir (+3) / Uşaqlar hardan gəlir
·Annemin Karnındayken (+3) / Anamın qarnında olarkən
·Regl Kitabı – Kız çocuklar için büyüme rehberi (+8) / Menstruasiya kitabı – Qız uşaqlarının böyümə rəhbəri
Feminizmə giriş: Qadınlar tarix boyu hər zaman hər yerdə olular. Təəssüf ki, tarix kitabları onları yazmayıb. Uşaqlara yazılmayan bu tarixi göstərən kitablar aşağıdakılardır:
·Küçük Feministin El Kitabı / Kiçik feministin əl kitabı
·Dünyayı Değiştiren 26 Asi Kadının Hikâyesi: Kadın Savaşçılar / Dünyanı dəyişdirən 26 üsyançı qadının hekayəsi: qadın döyüşçülər
·Dünyayı Değiştiren Olağanüstü Kadınlar / Dünyanı dəyişdirən möhtəşəm qadınlar
·İlham Verici Etkinliklerle Mucize Kızlar / İlham verən möcüzə qızlar
İngilis dilli kitablar
·Love Makes a Family – Sophie Beer / Ailəni sevgi formalaşdırır
·The Great Book of Families – Leslea Newman / Ailələrin mühüm kitabı
·Mommy, Mama and Me – Mary Hoffman / Ana, Mama və mən
·Daddy, Papa, and Me – Mary Hoffman / Ata, Papa və mən
Çevirdi: Xumar Hüseynova
Qadinkimi.com