1 iyun Beynəlxalq Uşaqları Müdafiə günündə bir az da körpələrdən danışaq
* Körpəninn barmaq izləri 10-19-cu həftələrdə formalaşmağa başlayır.
*Yeni
doğulmuş körpənin skeletində 300-dən artıq sümük olur. Zamanla, onlardan
bəziləri birləşir, iri sümüklər əmələ gətirir. Yetkin insanda sümkülərinin orta
sayı isə 206-dır.
*Körpənin
solaxay olub - olmadığını 1-2 yaşında müəyyən etmək olar.
*Həyatının ilk iki ilində körpə 150 kilometr məsafə qət edir.
*1,5-2 yaşlarında körpələr öz yetkin boylarının yarısına çatırlar.
*Körpələr qıdıqlanmanı 6 ayından etibarən hiss eləməyə
başlayırlar.
* Yeni doğulan uşağın bədənində təxminən bir stəkan qan olur.
* Uşaqlar bir şey istədikdə qışqırar, ya da inildəyirlər, ancaq ağlamazlar. Çünki ilk üç həftə boyu göz yaşı istehsal edə bilmirlər.
* Daxili qulaq doğuşdan əvvəl tamamilə inkişaf edən tək duyğu orqanıdır. Hamiləliyin ortalarında yetkin insanlardakı kimi ölçüyə çatır.
* Bir uşaqda təxminən 30.000 dad alma cismi var. Bunlar yalnız dilin üzərində deyil, ağzın yanlarında, arxasında və üstündədir.
* Uşaqların təxminən 80 faizi bir növ doğum ləkəsi ilə dünyaya gəlir.
* Oğlan uşaqları qız uşaqları ilə müqayisədə təxminən 200 qr daha ağır olur.
* Yeni doğulan uşaqlar gülümsəyən üzlərə baxırlar.
* Adətən doğulan körpələrin ortalama ağırlığı 3,2 – 3,6 kq olur.
qadinkimi.com