YAZI / DÜŞÜNCƏ, SEVGİ
"Azərbaycan, Azərbaycan, Azərbaycan"...deyib gözlərini yumdu Tarix : 28 May 2020, 03:23
 
TARİXİMİZİN QÜRUR GÜNÜ 
 
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində alıb. 
 

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilat olan "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu həm də Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.


 Məhəmməd Əmin Rəsulzadə haqqında məlumat » Qadınla.Com - Qadınlar ...
 

 1917-ci ilin oktyabrında isə Müsavat Partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şuarı altında milli hərəkat başlayır. Bu dövr tarixə Azərbaycan Milli Hərəkat dövrü kimi düşmüşdür.

İctimai xadim, siyasətçi və publisist olan Rəsulzadə Azərbaycanın milli istiqlal hərəkatına başçılıq edib.

1918-cü il mayın 28-də Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər əqidədaşları ilə birgə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu xəbər radio stansiyalar və qəzetlər vasitəsilə bütün dünyaya yayıldı.Bu isə Azərbaycan dövlətinin var olması demək idi.

 Мухаммед Амин Расулзаде - Отзывы | facebook

 Oktyabr inqilabının qələbəsindən sonra Rəsulzadə həbs olunur. Bundan xəbər tutan Stalin onu azad edir.

1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir , Finlandiyaya, Qərbi Avropaya, ordan da Türkiyəyə gedir.

1156 əsər yazan Məhəmməd Əmin Rəsulzadə ömrünün sonunacan Ankarada yaşayır.

1955 - ci il martın 6-da "Azərbaycan, Azərbaycan, Azərbaycan..." - deyərək gözlərini yumur.

Bütün doğmalarından uzaq olur, əzizlərini itirir.Vətən sevgisiylə yaşayır. Vətəni yaşadır. Bu sevgidə yaşayır.

 

 

Böyük insan öz məsləkdaşları ilə birlikdə qürur duyduğumuz günü tariximizə yazdı.


RƏSULZADƏ


Yenilməz türk dünyasında əsirliyə üsyan etdin.

"Bir əsir varsa dünyada dünya azad olmaz” dedin.

Bu vətəni elə sevdin oldun Vətən divanəsi.

Azadlığı məşəl etdin, oldun onun pərvanəsi.

Sənin üçün bir istiqlal günəşiydi Azərbaycan

Ürəyinin heç sönməyən atəşiydi Azərbaycan.

Inandın sən hər bir zaman həqiqətin parlayacaq.

Inanırdın Azərbaycan azadlığa qovuşacaq.

Müstəqillik yollarında sarsılmadın, əyilmədin,

Bir kərə yüksələn bayraq, bir daha enməz ki, dedin.

Son nəfəsdə "Azərbaycan,

Azərbaycan”oldu sözün.

Ankaradan Bakıyacan

Hey yol çəkdi sənin gözün.

Ucaltdığın bayraq kimi

ucaldın sən, Rəsulzadə.

Ölməzliyə qovuşmusan,

Yaşayırsan, Rəsulzadə.

 

 

  

Hazırladı: Kamalə Abiyeva
 qadinkimi.com