FEMİNİZM
Radikal feminizm haqda qısa bilgi Tarix : 23 Avqust 2022, 15:21


Radikal feminizm (qısaldılmış radfem) cəmiyyəti kişilərin sistematik şəkildə qadınları sıxışdırdığı patriarxal sistem kimi görür.


Radfemin fikrincə, patriarxatda kişilər standart olaraq gücə və iqtisadi imtiyazlara malikdirlər. Sosial institutlar vasitəsilə kişilər qadınları tabeli vəziyyətdə saxlayır və onların seksuallığına nəzarət edirlər.


Patriarxat - kişilər cəmiyyətinə əsaslandığı üçün radfem bunu qadınlara qarşı ədalətsizlik hesab edir və ən təsirli  mübarizə yolunu  qadın birliyində görür. Hərəkatın bəzi radikal nümayəndələri azadlığın yalnız kişilərdən təcrid halında mümkün olduğuna inanırlar.


İnterseksional feministlərdən fərqli olaraq, radikal feministlər hesab edirlər ki, uşaqların gender sosiallaşmasına məruz qaldığı bir mədəniyyətdə eyni cinsdən olan bütün insanlar böyüdükcə oxşar problemlərlə üzləşirlər. Qızlar çəhrayı geyindirilir, itaətkar olduqları üçün təriflənirlər və aqressiv olduqda "qız belə etməz” ifadələri ilə danlanırlar.


Radfem yalnız qadınlara diqqət yetirir, digər bərabərlik məsələlərini LGBT+ və ya Black Lives Matter kimi başqa aktivistlərə buraxır. Çünki qadınlara qarşı cinsiyyətçiliyi zülmün ən əsas forması olaraq görür. 

 


Hazırladı: Leyla 

qadinkimi.com