Qadın haqlarını araşdırma sahəsi tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur.
Dünya əhalisinin sayı 7 milyarda yaxındır. Bunun 49,7%-ni qadınlar təşkil edir. Dünyada qocaların çoxu qadınlardır.
Bir çox dövlətlərin hüquqi tənzimləmələrində, xüsusilə vərəsəlik hüququnda, qadın-kişi ayrı seçiciliyi vardır.
Hələ də bir çox ölkələrdə qadınlara həyat yoldaşı seçmək, evlilik, boşanma və digər təməl hüququları verilmir.
Dünyada ən çox Afrika qitəsində qadınlar sünnət olunur.
Dünyanın 54 ölkəsində qadınlara qarşı qeyri-bərabər hüquqlar olduğu halda, "namus müdafiəsi” Peru, Banqladeş, Argentina, Ekvador, Misir, Qvatemala, İran, İsrail, Suriya, Livan və Venesuellanın cəza hüququnda yer alır.
Dünya qadınlarının 1/3-i həyatı boyu ən azı bir dəfə şiddətə məruz qalıb.
Qadın haqlarının ilk addımları Maarifçilik dövründə mülki azadlıq hərəkatlarının başlanması ilə eyni vaxtda atılmışdır. Əsas düşüncə "Fransız İnqilabı” zamanı elan edildiyi kimi bütün insanların bərabərliyi olmuşdur. "Bərabərçi”anlayışı isə Maarifçiliyin təməl fikrinə dayanır. Bu anlayışda insanlar "təbiət qarşısında eyni” olduqlarından cəmiyyətin bütün qollarında cinsiyyət baxımından bərabərlik tələbi yaranmışdır.
1960-cı illərdən günümüzə qədər Qadın Hərəkatı üzvləri üçün "Feminizm” ifadəsi işlədildi. Qadın cinsinin böyük tarixi məğlubiyyəti, insan həyatına xüsusi mülkiyyətin girişi ilə başlamışdır. Qadın bu ərəfədə bütün ictimai funksiyalarından azad olunub, digər hər şey kimi kişinin mülkündən sayıldı, ondan doğulacaq uşaqların anası, evin və uşaqların baxıcısı olaraq görüldü. Bununla da qadın cinsi insanlığın tanıdığı ilk kölə oldu. Köləci, feodal, dindar və kapitalist cəmiyyətlərində funksiyaları dəyişsə də əsas etibarı ilə qadın kişi qarşısında bu statusunu qorudu. XX əsrə öz damğasını vuran Oktyabr İnqilabı təkcə proletariya və digər əzilənlər üçün deyil, qadınlar üçün də tarixin tanıdığı ilk və ən böyük ictimai, iqtisadi və siyası bir inqilabdır.
qadinkimi.com