HƏR ŞEY / HEÇ NƏ
Psixoloji portret Tarix : 02 Dekabr 2022, 22:54
Yazar : Qadinkimi.com
Psixoloqlar insanların daxili aləmini öyrənmək, psixoloji portretini cızmaq üçün çeşidli üsullara əl atırlar. Bu üsulların arasında bəzən elə sadələrinə rast gəlinir ki, sözügedən metodun nə dərəcədə doğru olub olmadığı şübhə doğurur. Həmin sadə üsulları psixoloqun köməyi olmadan sərbəst şəkildə də həyata keçirmək olar. Axı ətrafındakı insanın daxili aləmini, gizli fikirlərini öyrənmək kimin ağlına gəlmir ki? Hətta bunu öz üzərinizdə də sınaqdan keçirə bilərsiz. Beləliklə bir ağ vərəq götürüb ağlınıza necə gəldi alma çəkin. Alınan təsvir sizin daxili aləminizi üzə çıxaracaq.
 

Alma top kimi yumrudusa - deməli, siz özünüzə dalmısız, ətrafdakılara qarşı diqqətsizsiz.
 

 
Alma yanlardan basıq, yastıdısa - ünsiyyətcil, yaxşı xarakterli, yola gedimlisiz.
 

Uzunsov alma - analiz etməyə meylliliyin, zehni prosesdəki ləngliyin və gərginliyin göstəricisidi.
 

Kök, totuq alma tənbəllikdi. Yan tərəfi üstə çəkilən alma - şübhəyə meyllilik, qərarsızlığın əlamətidir.
 

Simmetrik alma - səmimilik, açıq ürəklilikdən xəbər verir.
 

Çəyirdəkləri görünən kəsilmiş alma - olayları araşdırmağı, xırdaçılıq etməyi xoşlayır, səbəbləri tapmağa çalışırsız.
 

Böyük alma - özünə inamlılığın göstəricisidi. Balaca alma isə əksini özünə inamsızlığı bildirir.
 

Alma alt tərəfdən nəyəsə dirənibsə, altlığı varsa praktiklik, işgüzarlıq əlamətidi.
 

Saplaqlı alma - şən xarakterin, yumor hissinin göstəricisidi.
 

Alt hissəsindəki tükcüklərlə birlikdə saplağınadək çəkilən alma - müəllifinin çəkici və həssas olduğunu göstərir.
 

Yarpaqlı, soxulcanlı alma - yaradıcı xarakterin, zəngin fantaziyanın və çılğın təbiətin göstəricisidi.
 
 

Qadinkimi.com