HƏR ŞEY / HEÇ NƏ
Pomidor və pomidor şirəsi haqqında bilmədiklərimiz Tarix : 13 Avqust 2023, 10:23

Elm adamları pomidor və pomidor şirəsinin insan orqanizminə aşağıdakı faydaları olduğunu sübut etmişlər. Pomidorun tərkibində çoxlu miqdarda likopen maddəsi vardır ki, bu da bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.


* Pomidora qırmızı rəng verən likopen xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

* Likpen prostat xərçənginin 26% sağalmasına səbəb olur. Həftətə 2-3 dəfə 1 orta boşqab pomidor yemək kişilərin bu xəstəliyə yaxalanmasının qarşısını alır.

* Ürək və damar xəstəliklrində faydası böyükdür.

* Qanda olan hüceyrələrin oksigenə olan təlabatının normallaşmasına səbəb olur.

* Aparılan araşdırmalar müntəzəm olaraq pomidor şirəsi içən adamlarda laxtalanmanın azaldığı və damar daralmalarının aradan qalxdığını müəyyən etmişdir.

* Qanın damarlarda axınını normallaşdırır.

* Ağciyərdəki iltihablaşmanı azalda bilir.

* Böyrək fəaliyyətini artıraraq əmələ gələn urat duzlarının tökülməsinə səbəb ola bilir.

* Yeməkdən əvvəl pomidor yeyən adamlarda iştahın azaldığı və toxluq hissinin yaratdığı öz sübutunu tapmışdır. Pomidorun tərkibindəki likopenin bu xüsusiyyətə malik olması Amerikan alimləri tərəfindən öz sübutunu tapıb.

100 qram pomidorun tərkibində olanlar:

– A, B, C, K  vitaminləri

– kalsium – 11 mq

– dəmir – 0,6 mq

– fosfor – 27 mq

– protein – 1 mq

– kalori – 20.




Mənbə: immunitet.az

qadinkimi.com