Belə bir düşüncə tərzi var: Qadının işi yoldaşına qulluq etməkdir və sosial şəbəkə qadın üçün deyil. Təkcə "vapcat" olar, çünki ailə şəbəkəsidir. Belə düşüncədə olan çoxluğa bir neçə izahım var:
1. "Digital əxlaq" olmur. Əgər qadının "gözü oynayır" sa ibtidai icmada yaşasaydı belə, eyni şeyləri edəcəkdi.
2. Azərbaycanda müəllimələr var ki, facebook, skype üzərindən ingilis dili keçərək pul qazanırlar, evi dolandırırlar.
3. "Facebook"da sən hansısa fahişənin şəklinə "nə bombasan, az" deyə bilərsən, ancaq qadın daxil olub məlumat ala bilməz?
4. "Vapcat" ona görə ailə şəbəkəsidir ki, orda zənglər pulsuzdu və rahatdı. Ancaq əmin ol ki, 95% xəyanət elə orda olur.
5. Bir oğlan 100 qızdan 99-na "Bunu hara aparım?" düşüncəsi ilə yanaşırsa, deməli, o anda başqa bir oğlanın da onun ailə üzvləri, qohumları haqda belə düşündüyünü nəzərə almır. Ümumilikdə isə toplum alt-üst olmuş vəziyyətdədir. "Yaxşı qız tapmaq çətindi" və ya "Bizim oğlanlar oğraşdı" düşüncəsindən çıxmaq üçün biliklənmək, kitab oxumaq, təkmilləşmək lazımdır. Yoxsa, elə beynimiz də binalarımız kimi qalacaq: "Çöldən bəzək, içdən təzək".
Orxan Şahbaz