UŞAQ / BÖYÜK
Necə deməliyik, necə deyirik Tarix : 27 İyun 2019, 10:43
Yazar : Qadinkimi.com
Böyüklərdən nümunə götür!

Tanış ifadədir, elə deyilmi? Nədənsə bir çox ailələrdə bu qiymətli pedoqoji üsul hesab edilir. Lakin uşaq daim özünü kiməsə bənzədə bilmir. Bu onun üçün alçaldıcıdır. Nəticədə uşaqda küskünlük kompleksi yaranır.

Sən nə qədər axmaqsan! 

Bu replika uşağa qarşı olan nifrəti bildirir, onun inkişafdan qaldığını göstərir. Əgər uşaq hər hansı bir axmaq söz deyibsə, onun ləyaqətini alçaltmayın, səhvini düzəldin, izah edin. Uşağı həmişə konkret səbəb üçün tənqid edin, əlbəttə ki, təhqir etmədən.

Məni rahat burax! 

Yorğun valideynlərin ifadəsidir. O uşağa xüsusilə pis təsir edir və uşaqda elə təsəvvür yaranır ki, valideynləri artıq onu sevmirlər. Məgər səbəbsiz yerə onu incitməyə dəyərmi? Yaxşı olar ki, belə deyəsiniz: "Mən indi məşğulam, sonra gələrsən söhbət edərik”. Beləliklə, siz uşağın psixikasına zədə vurmursunuz, ifadənin mənası isə gördüyünüz kimi dəyişmir.

Kəs səsini!

Uşağa susmağı əmr edərkən, siz onunla danışmaq istəmədiyinizi bildirirsiniz. Əgər bu ifadəni tez-tez işlətsəniz uşaqda dəyərsizlik kompleksi yarana bilər. Əgər hal hazırda uşağınızı dinləyə bilmirsinizsə, yaxşı olar ki, belə deyəsiniz: "Bu çox maraqlıdır, lakin gəl bu barədə sabah danışaq”.
 

 
Qadinkimi.com