SEVGİ, QADIN / KİŞİ
Ölüm parçalanan ruhun səsini eşidirdi Tarix : 02 Fevral 2021, 21:44

Ölüm kəndin kənarındakı kiçik evin qapısında dayandı:

- Hə, buradır – pıçıldadı özü özünə.

Maddədən ( bədəndən) yenicə ayrılan insan ruhlarının yalnız ona tanış olan ətri onu düz ünvana gətirib çıxarırdı. Bu dəfə də yanılmamışdı.

- Hə, buradı –dedi.

Köhnə qapı cırıldadı. Ruhun yaşlı qadının bədəni ilə bağlayan çəkisiz qızılı rəngə çalan bağı yellənirdi. Çağırılmayan qonaqla otağa daxil olan hava ətrafı dolaşdı Ölüm yaşlı qadını həyata bağlayan nazik bağı gördü. Hələ sağ idi qadın. Qonaq qapını bağladı, bu ruhun dalınca gəzməyi düşünmürdü.

- Onu sənə verməyəcəm.

Ölüm qəfil səsdən diksindi. Otağın bir küncündə oturan ağsaçlı qocanı indi gördü.

- Çıx get, Onu verməyəcəm – qoca inadla təkrar etdi.

Tutqun qonaq bu cür mənzərələrə çoxdan öyrəşmişdi, ona görə də başındakı örtüyünü bir az da gözlərinin üstünə çəkərək səssizcə qadına tərəf addımladı. Qoca yaşına baxmayaraq olduqca cəld təpgi verdi. Bir anın içində Ölümün qarşısına keçib yolunu kəsdi.

- Dedim ki, sən onu götürməyəcəksən. Bizi rahat burax.

"O, demək olar ki, ölmüşdür"- dedi Ölüm sakitcə.

- Yox! - qoca qışqırdı, elə bil səsi başqa bir səsə qarışmışdı. Səsinin qəribə ahəngi ölümü başını aşağı salıb susmağa məcbur etdi.

 

Dinlə, - deyə qısa bir fasilədən sonra Ölüm davam etdi. - Ruhunun toxumasını götürməliyəm. O yenidən canlanacaq, təravətlənəcək və yeni bir görünüşdə dünyaya qayıdacaq. Söz verirəm ki, onunla pis bir şey olmayacaq.

Yalan danışırsan, - qoca təkrarladı, - sən onu öldürmək istəyirsən, bilirəm.

Ölüm onun gözlərinə yaxından baxdı. Qəribədir, amma bu kimi hallar üçün hər zamanki küskünlüyü, kədər və kədər görmədi. Onların dərinliyində yalnız sakit qətiyyət və inam titrəyirdi.

"Barmaqlarınla ona toxunmağa icazə vermərəm. Sənin yalnız ona baxmana belə icazə vermərəm, tamammı?

- O sənin arvadındır? – Ölüm onun diqqətini yayındırmağa çalışdı.

- O mənim həyatımdır.

 

- Axı O, demək olar ki, ölüdür.

Ölüm qocaya nəsə anlatmağa çalışmaq istədi.

- Çıx get – Qocanın Ölümü susmağa məcbur edən, gecənin sakitliyini pozan qəribə səsi eşidildi. Qoca ürəyini tutub, yerində səndələdi.


- Anla, ruhu cismindən ayrılır, onu aparmadan gedə bilmərəm, çünki ...

Ölüm sözünü bitirə bilmədi. Sinəsinə dəyən zərbəgözlənilməz, o qədər qəfil oldu ki, çağrılmamış qonaq geriyə bir – neçə addım ataraq yıxıldı. Gecənin qaranlığında gözləri parıldadı. Sonra yavaş-yavaş ayağa qalxaraq, son gücünü toplayıb onu itələyən çarəsizcə qıvrılmış qocaya tərəf əyildi. Qoca "Get get" deyərək başını qaldırdı və onun qəzəbdən alovlanan gözlərinə baxdı. Yenə də bu baxışlarda bir damcı qorxu yoxdu.

. Axmaq adam, - dişlərini sıxaraq vızıldadı, - bu dünyanın axarını anlamırsan və anlamağa belə çalışmırsan.

- O yoxsa, bu dünya da cəhənnəm olsun – dedi qoca.

- Ancaq o, demək olar ki, ölüb, bunu necə başa düşmürsən?

Yenə də otaqda bir xışıltı eşidildi. Bu dəfə Ölüm səsin hardan gəldiyini başa düşdü – onun sözləri qoca kişinin ruhunu yaralayırdı. Hər dəfə qadınının tezliklə yox olacağını söylədikdə, qocanın ruhu parçalanırdı, bölünürdü və indi yarıya bölündü. Buna görə də gözlərində heç bir duyğu yox idi, ona görə də o Ölümə əl qaldırmağa cəsarət etdi. Yaralı- bölünmüşruh qorxunun nə olduğunu bilmir. Ruh parçalandıqca Ölüm bu səsi eşidirdi...

Ölümün gözlərindəki parıltı itdi, gözlərinin rəngi dəyişdi. Onun gözlərində iki mavi nöqtə göründü.

Yazıq adam, - deyə pıçıldadı, - qoca, sən özünü məhv edirsən, ruhunu parçaladın.

- Bəli və cəhənnəmə, - laqeydliklə cavab verdi qoca - indi ona ehtiyacım varmı?

 

 Ангел смерти в мировой живописи | Пикабу

 


Ölüm qoca kişinin üstünə əyildi və diqqətlə baxdı.

"Hələ yararlıdır" dedi və əlini uzatdı. Bölünmüş ruhun bağlarına baxdı. İki barmağı ilə ən uzunlarını tutaraq özünə tərəf çəkdi. Qoca ağlayaraq sinəsini yenidən tutdu:"Ağrıyır" deyə pıçıldadı.

- Səbirli ol, cəsur adam.

Ölüm səssizcə arxasıncaqapını bağladı və küçəyə çıxdı. Başını yuxarı qaldırıb boz səmaya baxdı və təmiz havada nəfəs alıb yavaşca uzaqlaşdı. Arxasındakı evdə yaşayan ikiinsan dinc yatırdı. Qadının əli qoca kişinin sinəsində idi, o qocanın ruhu ilə cismini birləşdirən nazik bir teli möhkəmcə tutmuşdu.

 

 

 Yevgeni Çeşirko

 

Tərcümə Kamalə Abiyeva 

 

 

 

qadinkimi.com