SƏNƏT
Sağlığında heç kimin tanımadığı İZABELLA Tarix : 02 Noyabr 2024, 12:33
 
İzabella di Morra intibah dövrünün italyan şairəsidir. 1520 – 1545 – ci illərdə yaşamışdır. (Bəzi tarixçilər 1515-16-cı illərdə doğulduğunu güman edir). İzabella İtalyanın Matera əyalətində Favaledə (sonralar Valsinni) dövrünün aristokrat ailələrindən olan Covanni di Morranın ailəsində doğulub yaşamışdır. Atası ona poeziyanı, sevdirmiş, ədəbiyyatı öyrətmişdi. İzabellanın 6 qardaşı və bir bacısı olub. Həmin illərdə Matera Neopalitan krallığına məxsus idi. O dövrdə fransızların Neopalitan krallığına hücumunun tərəfdarlarından olan atası qaçmaq məcburiyyətində qalır və Fransaya gedir. Anası sakit və aciz qadın olub. Ötkəm qardaşların nəzarətində qalan qız çox çətinliklər yaşayıb. Yeganə ünsiyyətdə olduğu adam mürəbbisi olur. O, İzabellaya latın dilini, ədəbiyyatı öyrədirdi. Uşaqlıqdan poeziyaya sevgisi yaranan İzabella erkən yaşlarından şeirlər yazmağa başlayır. Qardaşları ilə münasibəti ürəkaçan deyildi. Özündən kiçik 3 qardaşı isə ona qısqanclıqla yanaşır, qızı çox incidirdilər.
 
 

Zəkası, ağlı ilə seçilən qızı qardaşları Morra nəslinə məxsus qəsrdə saxlamaq qərarını verirlər. Ona görə İzabellanı saxlığında tanıyan olmur. İzabelin xarici aləmlə əlaqəsi olmayıb. Hərbçi və şair Dieqo Sandeval de Kastro qızın yazışdığı yeganə adam idi. O, Dieqo ilə mürəbbisinin vasitəsilə məktublaşa bilib.

 Bu yazışmadan xəbər tutan qardaşlar gənc İzabellanı qətlə yetirir və qaçırırlar. 

 Портрет

İzabellanın yazıları qətldən sonra qəsrdə aparılan axtarış zamanı ələ keçir. Onun 13 şeiri tapılır. Bu şeirlər ölümündən sonra dərc olunur. İ. Morra romantik poeziyanın sələflərindən sayılır. Onun poeziyasında yaşadığı ağrılar duyulur. Bir - neçə il sonra İzabellanın sonetləri Neapolda məşhurlaşır, onların sorağı Venesiyaya da çatır. Lüdovik Dolçe üçcildlik antalogiyada İzabellanın sonetlərini də təqdim edir. 1629 - cu ildə İzabella di Morraya heykəl qoyulur.

Sağlığında heç kimin tanımadığı, kişi eqosunun qurbanlarından olan xanımın yaradıcılığı indiyə qədər müzakirə və mübahisə mövzusu olsa da, yaratdıqları İtalyan poeziyasının ən gözəl nümunələrindən hesab olunur.

 

Hazırladı: Kamalə Abiyeva

 

Vikepediyanın məlumatlarına istinad edilib.